“Xaricdə qiymətlər Azərbaycandan qat-qat yüksəkdir" - Millət vəkili » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:35 Bu dərmanların Azərbaycana gətirilməsi qadağası ləğv edilir  |     17:20 Bakıda binalarda yeni oğurluq üsulu: Kameraya düşməsin deyə işığı söndürür - VİDEO  |     17:09 Alimpaşa Məmmədovun məhkəməsində iki müəssisə üzərindəki həbs qərarı qismən götürülüb  |     17:00 Konqoda meymunçiçəyi epidemiyası elan edilib  |     16:35 İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO  |     16:31 Sabiq baş məşqçisi Hafiz Əliyev vəfat etdi  |     16:30 Səudiyyə Ərəbistanının kralı xəstəxanaya yerləşdirilib  |     16:19 Naxçıvanda 10 aydan çoxdur ki, maaş ala bilməyən işçilər etiraz etdilər - VİDEO  |     16:01 Sabiq baş pediatr intihardan əvvəl məktub yazıbmış  |     15:50 Antalyada baş vermiş kanat qəzasının pərdəarxası görüntüləri - VİDEO  |     15:48 Qırğızıstan Prezidenti Ağdam rayonunda məktəbin tikintisi barədə danışıb  |     15:47 Sadır Japarov: “Birgə Bəyannamə iki ölkə arasında strateji münasibətlərin daha dərin xarakterini təsbit edir”  |     15:46 Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək  |     15:41 Tanınmış modeli döyməkdə təqsirləndirilən şəxs yenidən hakim qarşısında  |     14:27 Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib  |     13:26 Xuliqanlıqda ittiham olunan MMA döyüşçülərindən biri azadlığa buraxıldı  |     13:12 Alimlər Günəşdə çox güclü partlayış qeydə alıblar  |     12:58 Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO  |     12:52 Qazaxın azad olunan kəndində 90-cı illərdən qalan texnikamız - VİDEO  |     12:49 Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı qərar verildi  |    

“Xaricdə qiymətlər Azərbaycandan qat-qat yüksəkdir" - Millət vəkili

"Ümumiyyətlə, Tarif Şurasının son qiymət artımı ilə bağlı qəbul etdiyi qərar əsaslı şəkildə qəbul olunub. Yəni bu zərurətdən irəli gəlmiş bir addım idi. Çünki Tarif Şurası təqdim olunmuş qiymətlə bağlı ümumi vəziyyətə baxıb və araşdırıb. Müəyyən olunub ki, Azərbaycanda ictimai nəqliyyatın qiyməti çox aşağı səviyyədədir. Bu qiymətlə ictimai nəqliyyatı idarə etmək, saxlamaq qeyri-mümkündür”. Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.

Onun sözlərinə görə, ictimai nəqliyyat həm də mütəmadi olaraq dövlət tərəfindən maliyyələşdirilir və dövlətin himayəsindədir: "Təbii ki, bu artıma ehtiyac var idi. Artım isə o qədər böyük artım deyildi. Qiymətlərin 20 qəpikdən-30 qəpiyə qaldırılması o qədər də böyük fərq deyil. Dünyada ictimai nəqliyyatda qiymətlər Azərbaycandan qat-qat yüksəkdir. Mən Tarif Şurasının qərarını normal qəbul edirəm. Bu məsələlərə siyasi don geyindirməyə və insanlar arasında narazılıq yaratmağa gəlincə deyə bilərəm ki, bu heç də düzgün hal deyil. Bu çox vacib iqtisadi və zərurətdən yaranmış bir qərardır”.

Qeyd edək ki, ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər təsdiq edilib. Tarif (qiymət) Şurasının iclasında müraciətlərə baxılıb və metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi 1 gediş üçün 30 qəpik, Bakı şəhərində, eləcə də digər şəhər və rayonlarda sərnişindaşıma xidməti tarifinin yuxarı həddi müntəzəm şəhərdaxili avtobus marşrutları üzrə 1 gediş üçün 30 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 1 gediş üçün 30-90 qəpik, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə 1 kilometr üçün 2,4 qəpik təsdiq edilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 271 03.08.18 18:09