Türkiyədə 5 azərbaycanlı qadını fahişəliyə cəlb edən şəxslər danışdı » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Türkiyədə 5 azərbaycanlı qadını fahişəliyə cəlb edən şəxslər danışdı

Bakı Ağır Cinayətlər Məhkəməsində 5 nəfər qadını işləmək adı ilə Türkiyəyə aparıb onları fahişəliyə məcbur etməkdə təqsirləndirilən Xəyal Ələkbərov və Zəhra Quliyevanın məhkəməsi keçirilib.

Median.Az
"Qafqazinfo"ya istinadən xəbər verir ki, hakim Mahmud Ağalarovun icraatında olan prosesdə baxış iclası baş tutub. Prokuror çıxış edərək ittiham aktını elan edib.

İttihama görə, adıçəkilən şəxslər 5 nəfər qadını Türkiyəyə yüksək maaşla işləmək adı ilə aparıblar. Qurbanları avtobus və təyyarə ilə Türkiyəyə yol salıblar.

Onları Türkiyədə Zəhra Quliyeva özü qarşılayıb. Qadınların xarici pasportunu alaraq onları cinsi istismara məruz qoyub və yaşadıqları evdə ayrı-ayrı şəxslərlə cinsi əlaqəyə girməyə məcbur ediblər.

X.Ələkbərov özünü təqsirli bilməyib. Deyib ki, zərərçəkmiş qadınları Türkiyəyə iş üçün göndərib. Z. Quliyeva da özünü təqsirli bilmədiyini deyib. Zərərçəkmiş şəxslər isə məhkəmə prosesində iştirak etməyib.

Qeyd edək ki, qanunvericiliyə görə insan alveri qurbanlarının adları açıqlanmır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 149 03.08.18 18:41