Xərçəngdən müalicə üçün təhlükəsiz və effektiv vasitə aşkarlandı » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Xərçəngdən müalicə üçün təhlükəsiz və effektiv vasitə aşkarlandı

Melburn Universitetinin alimləri aparıcı onkoloq və genetiklərlə birlikdə insan orqanizmində xərçəng hüceyrələrinin inkişafını dayandırmaq və onları tamamilə məhv etmək qabiliyyətinə malik yeni dərman preparatlarını uğurla sınaqdan keçiriblər.

Bu məlumat “MedicalXpress” nəşrində dərc edilib.

Alimlərin sözlərinə görə, preparatın tərkibindəki molekullar şiş hüceyrələrinin gücləndirilməsinə səbəb olan KAT6A və KAT6B zülallarının fəallığının qarşısının alınmasına səbəb olur.

Klinik tədqiqatların nəticələri göstərib ki, KAT6A ilə kodlandırılmış genin fəaliyyətinin dayandırılması lenfomadan əziyyət çəkən siçanlarda uzunömürlülüyü artırır.

Şüa və kimya terapiyasından fərqli olaraq, yeni müalicə üsulu yalnız xəstə hüceyrələrə təsir göstərir.

Alimlərin fikrincə, yeni müalicə üsulu ilkin müalicədən sonra xəstəliyin təkrarlanmasının qarşısını almaqda effektli ola bilər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            4 279 03.08.18 10:34