Bakıda qısqanclıq zəmnində arvadını öldürən şəxs 17 il cəza alıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:59 Xankəndidə silah-sursat aşkarlanıb  |     12:56 Azərbaycanda zəlzələ olub  |     12:55 Azərbaycan nefti ucuzlaşıb  |     12:53 Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb  |     12:48 Ailəli olan sevgilisini ərinin yanına gətirdi, onunla evlənmədiyi üçün bıçaqladı - TƏFƏRRÜAT  |     12:43 52 ildən sonra oxuduqları məktəbdə görüşdülər - VİDEO  |     12:30 Tərtərdə qədim tarixin dağıdılmış izləri - VİDEO  |     12:16 Həyət evlərinin satışında yaranan durğunluğun səbəbi nədir? - VİDEO  |     12:15 Sumqayıtda müəllim vəfat etdi - FOTO  |     12:11 DTX-nin xaricdəki nümayəndələrinin gəlirləri vergidən azad edilir  |     12:03 London Ukraynaya uzaqmənzilli qanadlı raketlər verir  |     11:54 Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutmanın ləğv edilməsinə dair saziş ratifikasiya olub  |     11:51 Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ  |     11:50 Qırğızıstan prezidenti Ağdama gedəcək  |     11:48 Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verib  |     11:26 Kişi azyaşlı övladını danlayan bacısını döydü - MƏHKƏMƏ  |     22:55 Kreml: Sülhməramlılar Qarabağı tərk ediblər, çünki regionda onların daha funksiyası qalmadı  |     22:49 Xalq artistinin qızının toyundan GÖRÜNTÜLƏR - FOTO  |     22:22 Azərbaycanda ictimai nəqliyyatla bağlı XOŞ XƏBƏR  |     21:37 Berlin və Hamburqda banklarda partlayışlar baş verdi  |    

Bakıda qısqanclıq zəmnində arvadını öldürən şəxs 17 il cəza alıb

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Rasim Çərtikovun CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Median.Az
xəbər verir ki, bu ilin fevral ayında Binəqədi rayonunda Rasim Çərtikov 33 il yaşadığı həyat yoldaşı Arifə Çərtikovaya bıçaqla çoxsaylı zərbələr vuraraq, onu qəsdən həyatdan məhrum edib. Həmin gün o, Binəqədi RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb və dindirilərkən cinayəti qısqanclıq zəminində törətdiyini bildirib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 17 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Xatırladaq ki, prosesdə Rasim Çərtikov ittiham üzrə özünü qismən təqsirli bilib. Sərbəst ifadə verən təqsirləndirilən şəxs deyib ki, arvadı öz istəyi ilə dayəlik işinə başlayıb. Onun işləməsinə əvvəl razı olmayıb, 2 ay özü onu işə aparıb : "Günlərin bir günü Arifə gəlib dedi ki, gecə növbəsində işləmək istəyirəm. Buna görə dalaşdıq, küsüb atasının evinə getdi. Yaxın adamla qayınanamgilə gedib, onu evə gətirdim. Arifə ilə yalnız gündüz növbəsində işləməsi barədə razılaşdıq. Əvvəl sözünə əməl etdi, lakin sonra yenə fikrini dəyişdi, hətta Türkiyəyə getmək istəyirdi". Hadisə günü aralarında yenə də işi ilə əlaqədar mübahisə düşüb : " Arifə dedi ki, öldürsən də işdən çıxmayacağam. Əsəbiləşib, bıçağı mənə sarı atdı. Yaxınlaşıb dedim ki, niyə məni buna vadar edirsən? Mən səni öldürmək istəmirəm. Sakitləşdirib, yataq otağına apardım. Yaxınlıq etmək istədim. Mənə qayıdıb dedi ki, kişi kimi səndən həzz almıram. Bunu eşidəndə, artıq dözmədim, bıçaqla zərbələr vurdum".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 696 02.08.18 18:38