Лондон
C

Bakı polisi oğurluğa görə 6 nəfəri saxlayıb

Median.Az xəbər verir ki, DİN-in Kriminalistik Tədqiqatlar İdarəsi və Nizami RPİ 24-cü polis bölməsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 7000 manat və 6000 dollar, habelə qızıl əşyaları oğurlayan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Cavad Qurbanovu saxlayıblar.

Bundan başqa, Xəzər RPİ 1-ci polis şöbəsinin əməkdaşları əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 500 manat və məişət əşyaları oğurlayan Şüvəlan qəsəbə sakini, əvvəllər məhkum olunmuş Emin Behbudovu saxlayıblar, Nəsimi RPİ 20-ci polis bölməsinin əməkdaşları tərəfindən Bakı şəhər sakini P.Quliyevin “Hyundai” markalı avtomobilindən 87 manat və mobil telefon oğurlayan Salyan rayon sakini Elvin Məmmədov saxlanılıb, Səbail RPİ-nin 39-cu polis bölməsinin əməkdaşları Hacıqabul rayon sakini, əvvəllər məhkum olunmuş Vüqar Dünyamalıyevı saxlayıblar. Məlum olub ki, o Xaqani və H.Hacıbəyov küçələrində əcnəbi vətəndaşların yaşadıqları 2 mənzildən üç ədəd velosiped, mobil telefon, ətir və tütün məmulatı oğurlayıb. Xətai RPİ 36-cı polis bölməsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, iyulun 31-də M.Hadi və Vunq Tau küçələrində Bakı şəhər sakinləri R.Fərzəliyevin “Toyota”, Ş.Nəsibovun və M.İsgəndərovun “Mercedes”, Y.Hüseynovun “Nissan” markalı avtomobillərindən yan güzgülərinin şüşələrinin oğurlayan Bakı şəhər sakini Fərman Heydərovu saxlayıblar, Yasamal RPİ 27-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində, Z.Əhmədbəyov küçəsində Sumqayıt şəhər sakini Z.Məmmədovun “Mazda” markalı avtomobilindən 1300 manat oğurlayan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Zaur Əliyev saxlanılıb.

Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işləri başlanılıb.
скачать dle 11.3
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.
[related-news] [/related-news]

комментариев