Bakı şəhərində xarici dairəvi yolda sürət həddi endirilib.
Zolaqlar üzrə hərəkət sürəti 10 km/saat aşağı salınıb.
“Yolun bu sahəsinə xüsusi komissiya tərəfindən baxış keçirilib. Qərar qəbul edilib ki, nəqliyyat vasitələrinin təhlükəsiz və rahat gediş-gəlişini təmin etmək məqsədilə sürət həddi 110 km/saat-dan 100 km/saat-a endirilsin”, - bu fikirləri Oxu.Az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev deyib.
Xatırladaq ki, bu yol “İpək yolu”nun bir qolu sayılır.