Keçmiş arvadını şəkilə görə boğan məhkəmə qarşısında » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:58 Sibirdəki meşə yanğınları Avrasiyada temperaturu 0,3 dərəcə aşağı sala bilər  |     22:48 Gədəbəy sakini Gəncədə bıçaqlanıb  |     22:38 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib  |     22:30 Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO  |     22:21 İranda güllələnən gəncə görə kənd sakinləri ayağa qalxdılar - FOTO/VİDEO  |     22:14 Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib  |     22:06 Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub  |     21:58 Yenikənd və Mingəçevir su anbarlarında qadağan edilmiş ov alətləri aşkarlanıb  |     21:50 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub  |     21:35 Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB  |     21:27 Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     21:20 Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub  |     21:11 Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı  |     21:04 Masazırda evdə yanğın olub  |     20:55 Azərbaycanda yeni kollec yaradıldı  |     20:48 Azərbaycanda 1, 3 və 5 qəpiklər dövriyyədən çıxarıla bilər? (AÇIQLAMA/VİDEO)  |     20:36 Ermənilər Vatikanı və Papaları neçəyə satın aldılar? - 24 aprel şousu (FOTO)  |     20:24 Sabah 4 rayonun qaz təchizatı dayandırılacaq  |     20:17 Almaniya prokurorluğu 7 radikal islamçıya qarşı ittiham irəli sürüb  |     20:06 Cibuti sahillərində gəmiyə hücum edilib  |    

Keçmiş arvadını şəkilə görə boğan məhkəmə qarşısında

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Rahib Babayevin (1985-ci il təv.) CM-nin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

İttiham aktına əsasən, bu il yanvarın 23-ü gecə saat 3 radələrində Suraxanı rayonu, Əmircan qəsəbəsi Hasil Bayramov küçəsi, 67 ünvanında Rahib Babayev keçmiş həyat yoldaşı Ülviyyə Orucəliyevanı (1992-ci il təv.) boğaraq öldürüb və hadisədən sonra könüllü Suraxanı RPİ 31-ci polis bölməsinə gələrək, təslim olub.

İbtidai istintaqda iş üzrə bindirilmiş R.Babayev bildirib ki, 2 ildir ki Ülviyyədən ayrılıb, nikahlarında iki azyaşlı övladları var. Rəsmən boşansalar da, birgə yaşayıblar, hətta məhkəmənin təyin etdiyi alimenti də ödəyib. Onun sözlərinə görə, Orucəliyeva qabağını kəsərək “səni qoymayacam evlənəsən, qayıt” deyib. Rahib birtəhər onu sakitləşdirib, evə gətirib. Lakin orada Ülviyyə sakitləşməyib və onu təhqir etməyə başlayıb. Buna görə Babayev dözməyərək, onu əlləri ilə boğazından tutub, boğub.

Məhkəmə prosesində təqsirləndirilən şəxs əməlindən peşman olduğunu vurğulayıb:

“Şərəf və ləyaqətimi alçatdığı üçün bu cinayəti törətdim. Peşmanam, özümü, onu və uşaqların həyatını məhv etdim”.

Rahib Babayevin sözlərinə görə, Ülviyyə Orucəliyeva iki dəfə ona bıçaqla xəsarət yetirib:

“Birinci dəfə evdə vurdu məni. Bıçağı atdı, o da gəldi ayağıma batdı. Sonra Binə qəsəbəsində kirayə ev tutdum, izlədi, yerimi tapdı. Yolda rastlaşanda sinəmdən zərbə endirdi”.

Hadisə baş verən gecə uşaqlar artıq yatmışdı:

“Ülviyyə mübahisə zamanı özüünə xəsarət yetirmək istədi, qollarını kəsməyə cəhd edəndə, imkan vermədim. Ağzından da tutdum ki, qışqırmasın. Sakitləşdirdim”.

Babayev bildirib ki, növbəti mübahisələri gecə saat 3-də başlayıb. O yataqda yatanda Ülviyyə telefonla şəkilini çəkib, yeni ailə həyatı qurduğu qadının qardaşına göndərib:

“Ülviyyə şəkilin dalınca səs göndərib, dedi ki, Rahib mənim yanımdadır, sən gəl, bacını apar. Bundan bərk əsəbiləşdim. Qışqıra-qışqıra əllərimlə boğazından tutub, sıxdım”.

Növbəti proses avqustun 7-nə təyin olunub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 391 01.08.18 11:44