Bakı metrosunda maşinistdən qəribə addım - hər kəsi qorxuya saldı - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Naxçıvanda göldə boğulan tələbələrin yaxınları hadisənin təfərrüatlarını DANIŞDI - VİDEO  |     22:48 "Microsoft" patent pozuntusuna görə 242 milyon dollar ödəyəcək  |     22:42 İndoneziyada avtobusun qəzaya uğraması nəticəsində azı 10 nəfər ölüb  |     22:37 Berlin məcburi hərbi xidməti bərpa edir?  |     22:33 DİN-dən xəbərdarlıq: Sosial şəbəkələrdə diqqətli olun!  |     22:25 Çin ABŞ-yə qarşı mübarizədə gözlənilməz müttəfiq tapdı  |     22:19 Belqorod atəşə tutulub, ölən və yaralananlar var  |     22:12 Beynəlxalq axtarışda olan 5 nəfər şəxsin ölkəmizə ekstradisiyası təmin edilib  |     22:07 Əfqanıstanda daşqınlar nəticəsində ölənlərin sayı 300-ü keçib  |     21:59 Rusiyada beşmərtəbəli binanın bir hissəsi çöküb  |     21:52 Allahşükür Paşazadə sabah Türkiyəyə gedəcək  |     21:46 Alimlər müəyyən ediblər ki, bitki tozcuqları havanı dəyişə bilir  |     21:41 KİV: ABŞ İsrailə hərbi yardım göndərməkdə davam edir  |     21:35 “Xarıbülbül” festivalından maraqlı anlar - Video  |     21:26 “Turan Tovuz” “Araz-Naxçıvan”a qalib gəldi  |     21:20 Bakının mərkəzində 6-7 mərtəbədən yüksək binalar olmayacaq  |     21:13 Samir Nuriyev: İlin sonunadək işğaldan azad olunmuş ərazilərə 25 mindən çox əhali qayıdacaq  |     21:06 Günəşdə gün ərzində ikinci ən güclü alovlanma baş verib  |     20:53 Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib  |     20:36 Lənkəranda yenidən yeraltı təkanlar qeydə alınıb  |    

Bakı metrosunda maşinistdən qəribə addım - hər kəsi qorxuya saldı - VİDEO

"Bakı Metropoliteni" QSC-də maşinist hüdud xəttinə çatmadan qatarı sərnişinlərin minib-düşməsi üçün saxlayıb.

Məlumatı "Report”a təsdiqləyən qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib ki, həmin maşinist barəsində araşdırma başlayıb.

B.Məmmədovun sözlərinə görə, hazırda hadisə təhlil edilir və maşinist məsələni izah etmək üçün dəvət ediləcək:

"Hadisə bu gün səhər saat 08:29-da metronun "İçərişəhər” stansiyası istiqamətində hərəkət edən 6 saylı qatarda baş verib. Maşinist qatarı hüdud xəttinə çatmadan saxlayıb. Araşdırmalar aparılır və maşinist izahat üçün dəvət ediləcək. Tez bir zamanda hadisə ilə bağlı yekun qərar veriləcək”.

Qeyd edək ki, səhər saatlarında metronun "28 May” stansiyasında qatar hüdud xəttinə çatmadan dayanıb. Bu zaman sonuncu vaqon tunelin içində oluduğundan qoruyucu dəmirlər qapıların qarşısını kəsib və sərnişinlərin düşüb-minməsində çətinlik yaranıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 748 31.07.18 16:59