Лондон
C

Sumqayıtda quldurluq törədən şəhər sakini saxlanılıb

Median.Az xəbər verir ki, Sumqayıt ŞPİ 3-cü polis bölməsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Xalid Məmmədovu saxlayıblar.

Müəyyən edilib ki, o iyulun 29-da 76-cı məhəllənin ərazisində şəhər sakini Elçin İsmayılova yaxınlaşıb, küt alətlə əlindən vuraraq içərisində 45 manat və mobil telefonu olan çantasını alıb, hadisə yerindən qaçıb.

ŞPİ İstintaq şöbəsində CM-nin 181.1-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıbскачать dle 11.3
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.
[related-news] [/related-news]

комментариев