Bakı polisi oğurluğa görə 11 nəfəri saxlayıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:37 Türkiyə Zəngəzur dəhlizi çərçivəsində avtomobil və dəmir yolları üçün işlərə başlayıb  |     19:32 "Milan"da baş məşqçi postuna namizədlər bəlli olub  |     19:28 Tonqada 5,4 maqnitudalı zəlzələ baş verib  |     19:22 Ombudsman Ermənistanın Azərbaycana qarşı mina terroru haqqında Böyük Britaniya səfirini məlumatlandırıb  |     19:13 "Sumqayıt" "Qarabağ"la oyuna baş məşqçisiz çıxacaq  |     19:06 Alimlər istilik xəbərdarlığı şkalası üçün yeni rəng təqdim ediblər  |     18:54 Qırğızıstan Prezidenti Sadır Japarov Bakıda şəhidlərin xatirəsini anıb  |     18:42 Fransa təyyarəsində tüstülənmə: Bakı hava limanına qəza enişi etdi - FOTO  |     18:27 Lukaşenko: Bəzi ölkələr Belarusu müharibəyə sürükləmək istəyir  |     17:52 Rusiya müdafiə nazirinin müavini İvanov dövlətə xəyanətdə şübhəli bilinir  |     17:45 Rəisin evindən oğurluq etdi, araq alıb içdi - Kameraya salam da verdi  |     17:35 Bu dərmanların Azərbaycana gətirilməsi qadağası ləğv edilir  |     17:20 Bakıda binalarda yeni oğurluq üsulu: Kameraya düşməsin deyə işığı söndürür - VİDEO  |     17:09 Alimpaşa Məmmədovun məhkəməsində iki müəssisə üzərindəki həbs qərarı qismən götürülüb  |     17:00 Konqoda meymunçiçəyi epidemiyası elan edilib  |     16:35 İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO  |     16:31 Sabiq baş məşqçisi Hafiz Əliyev vəfat etdi  |     16:30 Səudiyyə Ərəbistanının kralı xəstəxanaya yerləşdirilib  |     16:19 Naxçıvanda 10 aydan çoxdur ki, maaş ala bilməyən işçilər etiraz etdilər - VİDEO  |     16:01 Sabiq baş pediatr intihardan əvvəl məktub yazıbmış  |    

Bakı polisi oğurluğa görə 11 nəfəri saxlayıb

Median.Az xəbər verir ki, DİN Çevik Pois Alayı, Qaradağ RPİ 10-cu polis bölməsi və Qaradağ rayon Mühafizə şöbəsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində fevraıln 11-dən iyulun 20-dək olan müddətdə rayon ərazisindəki 2 evdən, 2 mağazadan və 1 avtomobildən pul, qızıl əşyalar, tütün məmulatı və akkumulyator oğurlayan Sabirabad rayon sakini Anar Məlikovu saxlayıblar.

Bundan başqa, Qaradağ RPİ 10-cu polis bölməsinin əməkdaşları mayın 7-dən iyulun 10-dək olan müddətdə rayon ərazisindəki 1 mağazadan geyim əşyaları və vətəndaş P.Cəfərovun cibindən 40 manat oğurlayan Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş Coşqun Məmmədovu saxlayıblar, Qaradağ RPİ 38-ci polis bölməsinin əməkdaşları aprelin 24-də rayon telefon qovşağına məxsus 180 metr dirəklərarası rabitə kabelini oğurlayan Sahil qəsəbə sakini Mehman Zeynalovu saxlayıblar. Onun iyulun 13-də daha 1 mağazadan pul və siqaret oğurlaması da məlum olub. Nərimanov RPİ 16-cı polis bölməsinin əməkdaşları iyulun 23-də mağazadan 80 manat və geyim əşyaları oğurlayan Goranboy rayon sakinləri Leyla Məmmədova, Samur Uğurluyev və Yevlax rayon sakini olan bir yeniyetmə saxlayıblar, Binəqədi RPİ 7-ci polis bölməsinin əməkdaşları iyulun 7-də evlərin birindən 10.000 manat dəyərində qızıl əşyaları oğurlayan Bakı şəhər sakini, əvvəllər məhkum olunan Vahid Quliyevi saxlayıblar, Xəzər RPİ 2-ci polis şöbəsinin əməkdaşları iyulun 27-də Buzovna qəsəbəsindəki evlərin birindən oyun aparatı oğurlayan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Aqşin Əliyevi saxlayıblar, onun daha 4 vətəndaşın mobil telefonlarını oğurlaması məlum olub.
Metropolitendə Polis şöbəsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Zaur Ələkbərovu, Sumqayıt şəhər sakini Təvəkkül Cavadovu və Balakən rayon sakini Rəşad Qurbanovu saxlayıblar. Məlum olub ki, onlar "Gənclik" stansiyasında, qatarda Qazax rayon sakini S.Şıxıyevanın çantasından mobil telefonunun oğurlayıblar.

Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 290 30.07.18 18:39