Лондон
C

Kürdəmirdə toydan 4700 manat oğurlayan şəxslər tutulub

Median.Az xəbər verir ki, Kürdəmir RPŞ-nin əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində Qaçılı kənd sakinləri Tərlan Mazanovu və Ruhan Bəşirzadəni saxlayıblar.

Müəyyən edilib ki, onlar iyulun 28-də Mollakənd kəndi ərazisindəki şadlıq sarayında keçirilən toy məclisində, dəhlizdə quraşdırılmış qutudan 4700 manat pul oğurlayıblar. Zərərçəkmiş C.İsayev bu barədə həmin gün polis şöbəsinə müraciət edib.

Oğurlanmış pulların bir hissəsi müddi sübut kimi saxlanılan şəxslərdən götürülüb.

RPŞ İstintaq bölməsində CM-nin 177.2.1-ci (oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.скачать dle 11.3
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.
[related-news] [/related-news]

комментариев