Bakıda çimərlikdə biabırçılıq: sərxoş kişilər qadınlara hücum çəkdi - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:53 Ermənilər Üzeyir Hacıbəylinin məşhur bəstəsini oğurladılar - VİDEO  |     18:27 Bakıda baş verən yol-nəqliyyat hadisəsi tıxaca səbəb olub  |     18:06 Rusiyada “TikTok”un bloklanması təklif olunub  |     17:55 Gəncədə şagird sinif yoldaşına xəsarət yetirib  |     17:15 Bakıda ucuz qiymətə çıxarışlı mənzillər satılır - ÜNVANLAR  |     17:03 İsrail rəsmiləri İrana görə bir daha toplanacaq  |     16:39 Daha bir məşhur "tiktok"çu həbs edildi  |     16:30 Bakıda mənzildə meyit tapılıb  |     16:04 Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir HƏBS EDİLDİ  |     15:50 Polisdən ƏMƏLİYYAT: Narkoanbar kimi istifadə olunan ev aşkarlandı - FOTO  |     15:21 Həcc ziyarəti ilə bağlı 500 nəfər aldadıldı: QMİ-dən XƏBƏRDARLIQ  |     14:59 Ən çox balı onlar topladı - SİYAHI  |     14:57 Bakıda uşaq evində DƏHŞƏT: Qız qollarını doğrayıb müəssisədən qaçdı  |     14:40 Rəşad Dağlı əfv olunur? – Hüquqşünas şərti açıqladı  |     14:39 Beynəlxalq axtarışda olan şəxslər Rusiyadan Azərbaycana ekstradisiya edilib  |     14:38 "YouTube" yeni dizaynı sınaqdan keçirir - FOTOLAR  |     14:36 Kriştiano Ronaldo iki oyunluq cəza alacaq  |     14:30 Prezidentin sədr təyin etdiyi Fərhad Adıgözəlov kimdir? - DOSYE  |     14:29 Nijni Novqoroddan Bakıya birbaşa təyyarə reysləri həyata keçiriləcək  |     14:26 Məhkəmələrin qərarları ilə müsadirə olunmuş üç tondan çox narkotik vasitə məhv edilib - FOTO  |    

Bakıda çimərlikdə biabırçılıq: sərxoş kişilər qadınlara hücum çəkdi - VİDEO

Çimərlikdə istirahət etmək istəyən qadınlar hücuma məruz qalıb.

Median.Az
femida.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu, Pirşağı qəsəbəsi "Qızılqum" çimərliyində baş verib.

Ərazidə qumluq sahədən istifadə etmək istəyən vətəndaşlar orada fəaliyyət göstərən restoran əməkdaşlarının hücumuna məruz qalıb. Hücuma məruz qalan Rusiya vətəndaşı Gülzar Antonova bildirib ki, qumluq sahədən istifadə etmək üçün onlardan bir nəfər üçün 15 manat ödəniş tələb olunub:

"Bizə dedilər ki, çimərlikdən və dənizdən istifadə etmək ödənişlidir. Biz isə onların təklif etdiyi masada əyləşməkdən imtina etdik. Özümüz dənizin kənarında, qumluq sahədə əyləşdik. Bu zaman orada restoran fəaliyyəti ilə məşğul olan şəxslər bizə dedilər ki, onların stolunun kölgəsi düşən ərazidə oturmayaq. Bizi nalayiq söyüşlərlə təhqir etdilər. Dedilər, bu ərazilər bizimdir. Bizə hücum çəkib, ərazidən çıxarmağa çalışdılar. Ətrafdakı insanlar bizi onların hücumlarından qorudu."

Gülzar Antonova hadisə ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edəcəyini də bildirib.

Çimərlikdə baş verən həmin hadisənin görüntülərini təqdim edirik:скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            8 658 30.07.18 12:45