Bakı və regionlarda oğurluga görə 10 nəfər saxlanılıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Bakı və regionlarda oğurluga görə 10 nəfər saxlanılıb

Median.Az xəbər verir ki, Xəzər RPİ 1-ci polis bölməsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 13-də rayon ərazisindəki evlərin birində televizor, soyuducu və masa oğurlayan Şüvəlan qəsəbə sakini Orxan Məmmədovu saxlayıb.

Bundan başqa, Xəzər RPİ 2-ci polis şöbəsinin əməkdaşları iyulun 17-də evlərin birindən 4000 manat dəyərində qızıl əşyalar oğurlayan Bakı şəhər sakini Vüsal Sultanovu saxlayıblar, Nəsimi RPİ 22-ci polis şöbəsinin əməkdaşları əməliyyat tədbirləri nəticəsində iyulun 24-də S.Ağazadənin "Mercedes" markalı avtomobilindən 300 manat və mobil telefon oğurlayan, Z.Mirzəzadənin "Mercedes" markalı avtomobilindən oğurluğa cəhd edən Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş Ceyhun Abbasovu saxlayıblar. Araşdırma zamanı məlum olub ki, o 2 nəfər tanışı ilə iyulun 23-də S.Qasımovun "Mercedes" markalı avtomobildən şüşəni sındırmaq yolu ilə oğurluğa cəhd ediblər, Abşeron RPŞ-nin əməkdaşları tərəfindən iyunun 27-də rayon ərazisindəki evlərin birindən 1000 manat, bijuteriya, geyim və məişət əşyaları oğurlayan Sumqayıt şəhər sakinləri Elməddin Əliyev, Yusif Əbilhəsənov və əvvəllər məhkum olunmuş Tural Dəmir oğlu saxlanılıb. E.Əliyevin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun mayın 25-dən iyulun 19-dək olan müddətdə bir həyətdən kombi aparatı, bir evdən 3800 manat və 1 ədəd qızıl saat, habelə inşası başa çatmamış evdən elektrik naqilləri oğurlaması da müyyən edilib, Sumqayıt ŞPİ-nin əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsindən iyulun 29-da evlərdən birinin həyətindən 25 metr su borusu oğurlayan şəhər sakini Atakişi Yusifovu saxlayıblar. Araşdırma zamanı, onun iyun ayı ərzində 5 evdən inşaat materialları və təmir-tikinti alətləri oğurlaması məlum olub. Kəpəz RPİ-nin əməkdaşları Məhsəti qəsəbəsində 3 evdən elektrik naqili, təmir-tikinti alətləri və inşaat materialları oğurlayan Gəncə şəhər sakinləri, əvvəllər məhkum olunmuş Röyal Bayraməliyevi və Bilal Əliyevi saxlayıblar, Lənkəran ŞRPŞ-nin əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində evlərin birindən 7000 manat dəyərində qızıl əşyalar oğurlayan rayon sakini Coşqun Hüseynovu saxlayıblar.

Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işləri başlanılıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 182 27.07.18 18:03