Bakı kənarındakı zavodda partlayış - ölən var - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Bakı kənarındakı zavodda partlayış - ölən var - FOTO

Saray qəsəbəsində Zülfüqarlı qardaşlarına məxsus polad istehsalı sexində partlayış baş verib.

Median.Az “virtualaz.org”a istinadən xəbər verir ki, kəsim prosesi zamanı içərisində yanacaq olan dəmir çən partlayıb. Nəticədə, sexdə çalışan fəhlə - Masallı sakini Ağamalı Qurbanov həlak olub.

Məlumata görə,faciəvi hadisənin baş verdiyi kustar sex Zülfüqarlı qardaşlarının polad əridilməsi və armatur istehsalı üzrə qeyri-leqal müəssisələr şəbəkəsinə daxildir.

Daha əvvəllər yazdığımız kimi, Zülfüqarlı qardaşları Azərbaycanda sistemli şəkildə qeyri-qanuni biznes təşkil ediblər. Hazırda bu şəbəkəyə dörd gizli sex daxildir.

Həmin sexlərdə elementar təhlükəsizlik qaydalarına riayət olunmur və tez-tez bədbəxt hadisələr baş verir. Zülfüqarlı qardaşlarının sexlərində aşağı keyfiyyətli armatur, şveller, həmçinin kvadrat və düzbucaqlı profillərin istehsalı aparılır ki, bunlardan tikinti-inşaat işlərində istifadə edilir. Maraqlıdır ki, aşağı keyfiyyətinə baxmayaraq, bu kustar məhsullar indiyə kimi yeni yaşayış binalarının və dövlət müəssisələrinin tikintisində, həmçinin təmir işlərində istifadə olunur.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 376 27.07.18 17:50