Novxanıda aptekdə quldurluq törədən şəxsin məhkəməsi başlayıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Novxanıda aptekdə quldurluq törədən şəxsin məhkəməsi başlayıb

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Əliağa Abdullayevin CM-nin 181.2.5-ci (quldurluq, siıah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışı başlayıb.

Median.Az
xəbər verir ki, bu il martın 15-i saat 18 radələrində Ağcabədi rayon sakini Elsevər Hüseynovun Novxanı qəsəbəsində, əczaçı işlədiyi aptekə gəlmiş naməlum şəxsin şüşə parçası ilə onu hədələyib kassadakı 60 manat pulu quldurluq yolu ilə ələ keçirib. Abşeron RPİ əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə cinayıti törədən əvvəllər məhkum olunmuş Əliağa Abdullayev saxlanılıb.

Məhkəmə prosesində Ə.Abdullayev ittiham üzrə özünü təqsirli bilib. O, ittiham aktında yazılanların düzgün olduğunu
bildirib : "Həbsdə yaxın tanışım, yəni "oğlan sevgilim var". Ona söz verdim ki, yanına gələcəm. Buna görə də bu əməli törətdim".

Zərərçəkmiş E.Hüseynov bildirib ki, ona dəymiş maddi ziyan ödənilib, təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur.

Növbəti proses avqustun 28-nə təyin edilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            4 288 27.07.18 17:14