Prokuror "Krıtı Araz" və qeyrilərinin cəzalarını sərtləşdirmək üçün protest verib » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Prokuror "Krıtı Araz" və qeyrilərinin cəzalarını sərtləşdirmək üçün protest verib

Kriminal aləmdə "Krıtı Araz" kimi tanınan Araz Fərəcov, Elməddin Şahbazovun, Vüqar Musayev, Renat Zahirov, Namiq Babayev, Eltən Əliyev və Xəyyam Qurbanlının CM-nin 177-ci (oğurluq), 181-ci (quldurluq) və digər maddəllərlə barələrində olan hökmdən dövlət ittihamçısı apellyasiya protesti verib.

Median.Az
xəbər verir ki, Penitensiar Xidmətin 8 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Araz Fərəcov və Elməddin Şahbazov 2016-cı ilin dekabr ayından əvvəldən tanıdığı Vüqar Musayev və digərləri ilə birgə mütəşəkkil dəstə təşkil ediblər. İttiham aktına əsaən, "Krıtı Araz" dəstə üzvlərinə həbsxanadan göstərişlər verib. Dəstə üzvləri paytaxtda və regionlarda oğurluq və quldurluq cinayətləri törədiblər.

2017-ci aprelin 14-də DTX əməkdaşlarının əməliyyat tədbiri zamanı Vüqar Musayev, Renat Zahirov, Namiq Babayev saxlanılaraq. Onlar dindirilərkən, Araz Fərəcov tərəfindən idarə olunduqlarını bildiriblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Araz Fərəcov və Elməddin Şahbazov 10 il, Vüqar Musayev və Renat Zahirov 9 il, Eltən Əliyev 8 il 6 ay, Xəyyam Qurbanlı 5 il müddətinə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunublar. Namiq Babayevə 1 il 2 ay cəza verilib, o həmin müddəti istintaq və məhkəmə mərhələsində çəkdiyindən azadlığa buraxılıb.

Hökmdən apellyasiya protesti verən prokuror məhkumların cəzalarının ağırlaşdırılmasını xahiş edir.

Bakı Apellyasiya Məhkəməsində yaxın günlərdə iş üzrə hazırlıq iclasının keçiriləcəyi gün məlum olacaq.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 425 27.07.18 14:07