"Azərbaycan Dəmir Yolları": "Hər yerindən duran SV-yə bilet alır deyə qiyməti qaldırdıq" - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:19 Ankarada fabrik yanır  |     21:12 "Real"ın qapıçısı zədəsini sağaldıb  |     21:04 DİM: İmtahanlarda bölgələr üzrə ən yüksək nəticəni Sumqayıt, Naxçıvan və Qubadlı rayon məktəbliləri qazanıb  |     20:58 “Azərkosmos” iqlim dəyişmələrinin təsirlərini izləmək üçün platforma qurub  |     20:47 "Qəbələ"nin futbolçusu əməliyyat olunub  |     20:40 Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək  |     20:28 Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq  |     20:19 Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 23 nəfər saxlanılıb  |     20:12 Britaniya rekord həcmdə Rusiya neftini vasitəçilərdən alır  |     20:04 Alimlər 150 dəqiqə ərzində sintetik almaz yarada biliblər  |     19:57 İlham Əliyev Füzulidən Berlinə getdi  |     19:42 Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü  |     19:41 Türkiyədə ƏMƏLİYYAT: İŞİD-lə əlaqədə şübhəli bilinən şəxslər tutuldular  |     18:31 Azərbaycanla Ermənistan arasında 20 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ  |     18:18 Əliyar Ağayev Fatih Terimin komandasının oyununda  |     18:05 Bakıda işıqforlarla bağlı ilk - FOTO  |     17:44 Türkiyədə lirə ilə bağlı mühüm qərar  |     17:36 Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxıb - FOTO  |     17:18 Azad olunmuş ərazilərə gələn ay getmək istəyənlərin NƏZƏRİNƏ  |     17:10 Məşhur qalmaqallı rusiyalı bloqer Anastasiya İvleyeva cərimələndi  |    

"Azərbaycan Dəmir Yolları": "Hər yerindən duran SV-yə bilet alır deyə qiyməti qaldırdıq" - VİDEO

İyulun 27-dən ölkədaxili sürət və sərnişin qatarlarında gediş haqları orta hesabla, 10% artırılacaq.

"Azərbaycan Dəmir Yolları" QSC-dən "Kommersant.az"a daxil olan məlumata görə, plaskart və kupe vaqonlarda alt və üst yerlərə və SV tipli vaqonlara olan tələbatın tənzimlənməsi məqsədi ilə iyulun 27-dən ölkədaxili sürət və sərnişin qatarlarında gediş haqları orta hesabla 10% artırılacaq.

"Gediş haqlarının qaldırılması ciddi qiymət artımı demək deyil".

Bunu portalımıza açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin Sərnişindaşımaları Departamentinin rəis müavini Mədət Şıxəmirov deyib. Onun sözlərinə görə, bu, tənzimlənmə üçündür:

"Tariflərin bahalaşması deyəndə, bizdə aşağı yerlərin qiyməti qaldırılıb. Buna səbəb vətəndaşların, qiymət fərqi olmadığına görə kassaya yaxınlaşıb aşağı yerləri almasıdır. Aşağı yerlər alınır, tam qurtarandan sonra digər vətəndaşlar gəlib yuxarı yerləri almağa məcbur olur. Ailə ilə gələn adam 4 yer almalıdır, məlum olur ki, 1 kupedə 4 yer yoxdur. 2 aşağı yer alınıb, qalır 2 yuxarı yer. Sərnişinin yerinə özünüzü qoyun və fikirləşin ki, "Azərbaycan Dəmir Yolları" QSC düzgün qərar verib, yoxsa yox. Biz aşağı yerin qiymətini qaldırmışıq ki, vətəndaşlar aşağı yer baha olduğuna görə ona üstünlük verməsinlər. 4 nəfərlik ailə gələndə onlar üçün problem olmasın. Yəni, yerlər bərabər satılsın. Bu, Avropa, MDB praktikasında, xüsusilə də Rusiyada uzun illərdən bəri təsdiq olunan bir metoddur. SV-də tələbat yüksəkdir. Orada qiymət çox aşağı olduğuna görə 10 faiz qaldırılıb ki, qiymət tənzimlənsin. Başqa səbəb ola bilməz. Əvvəlki qiymətə nisbətən plaskartda təxminən 1 manat 50 qəpik, kupe vaqonlarda isə 2 manat fərq yaranır. Qiymətlər stansiyaya görə (məsafədən asılı olaraq) dəyişir. Məsələn, 15 manata olan yer 17 manat olubsa, 20 manata olan yerin qiyməti isə hazırda 22 manatdır".

Bu, "Azərbaycan Dəmir Yolları" QSC-nin rəsmi nümayəndəsi tərəfindən kupe və plaskart qiymətlərinin qalxmasına gətirdiyi əsasdır. Bildirmək istəyirik ki, xəbər verdiyimiz kimi, qiymət artımı SV vaqonlara da şamil edilib. Kiçik xatırlatma ilə nəzərinizə çatdıraq ki, SV vaqonlarda yuxarı-aşağı yer yoxdur, sadəcə 2 yer var və SV vaqonlar elit yer sayılır. M.Şıxəmirov buna da bir əsas gətirdi:

"SV vaqonda da qiymət artımına ehtiyac var idi. Çünki SV-də yer tapmaq olmurdu. Hər gələn, hər yerindən duran gəlib SV-yə bilet alırdı. SV- ilə o biri vaqonlar arasında çox cüzi qiymət fərqi var idi. O fərqi aradan qaldırmaq üçün qiyməti qaldırdıq. SV-yə əsasən imkanlı şəxslər bilet alır."

"Hazırki məqamda dəmir yolunda tariflərin artırılmasına iqtisadi zəmin yoxdur".

Bunu saytımıza açıqlamasında iqtisadçı alim Vüqar Bayramov deyib. Onun sözlərinə görə, tarif o zaman artırıla bilər ki, xərclər artsın (elektrik enerjisi və s.): "Tariflərin dəyişməsi, tələbin optimallaşdırılması metodu o halda tətbiq edilə bilər ki, söhbət, bazarda satılan və bazara çıxarılan xidmət və məhsula olan tələbin tənzimlənməsindən getsin. Azərbaycanda son dövrlər dəmiryolu xidmətlərinə təsir edəcək xərcin artırılması baş verməyib. Xərcin artmamasına baxmayaraq qiymət artımları var. Bu isə arzuolunan hal deyil. Tələbin tənzimlənməsi üçün digər metodlardan istifadə edilməsi daha məqsədəuyğun olar".

Ekspert vurğulayıb ki, beynəlxaq yükdaşımalarda, xüsusilə, hava nəqliyyatında biletin qiymətinə avronun məzənnəsi təsir göstərir:

"Daxili yükdaşımalarda isə valyutanın heç bir təsiri yoxdur".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 523 26.07.18 13:57