Zorlamaya görə məhkum olunan qardaşlara digər cinayətlərə görə yeni hökm oxundu - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Zorlamaya görə məhkum olunan qardaşlara digər cinayətlərə görə yeni hökm oxundu - FOTO

Bakı Ağır Cinayətlər Məhkəməsində Baş Dövlət Yol Polisi İdarəsinin sabiq əməkdaşı Fərid Azayev, qardaşı Faiq Azayev və ataları İsif Azayevin təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Median.Az
xəbər verir ki, məhkəmənin hökmü ilə Fərid Azayev 11 il, Faiq Azayev 6 il 6 ay, İsif Azayev 6 il müddətinə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunublar.

Qeyd edək ki, 2014-cü il dekabrın 22-nə keçən gecə saat 03 radələrində Fərid Azayev bir qrup şəxslə cinayət işi üzrə zərərçəkmiş kimi tanınan S. M. və Ş.B-ni oğurlayaraq onlara qarşı seksual xarakterli zorakılıq hərəkətləri ediblər. Bununla əlaqədar onlara qarşı CM-nin 144-cü (adam oğurluğu) və 150-ci (seksual xarakterli zorakılıq hərəkətləri) maddələri ilə ittiham irəli sürülüb.
2017-ci il fevralın 21-də bu maddələrlə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fərid Azayev 10 il 6 ay, Vüsal Babayev 9 il, Faiq Azayev 5 il 6 ay müddətinə azadlıqdan məhrum olunublar, Sona Kərimova isə 2700 manat cərimələnib.

Onlar həbsdə olduqları müddətdə ataları İsif Azayev də saxlanılıb. Bu dəfə Azayevləri istintaq CM-nin 177-ci (oğurluq) və 182-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə təqsirləndirib.

Xatırladaq ki, mətbuatda dəfələrlə Faiq Azayevlə müğənni Rəqsanə İsmayılovanın əvvəllər sevgili olduğu yazılıb.


скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 983 24.07.18 18:49