Özəl çimərliklərdə istirahət neçəyə başa gəlir? - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:58 Bakıda 24, rayonlarda 27 dərəcə isti olacaq - PROQNOZ  |     20:50 Azərbaycanda hesabatlılıqdan yayınan provayderlər cərimələnib  |     20:45 Jozep Borrell: İranın İsrailə cavab zərbəsi endirəcəyini bilirdik  |     20:39 Tayvan yeni yerüstü zenit-raket kompleksini sınaqdan çıxarıb  |     20:26 HƏMAS İsrailə güzəştə getməkdən imtina edib  |     20:19 ABŞ İranla bağlı sənədi BMT TŞ-yə göndərib  |     20:18 Bakıda Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verilib  |     20:12 Bakıda qadın sürücü yol qəzasında ağır xəsarətlər alıb  |     20:01 Çexiya Ukrayna üçün 180 min mərmi almağa razılaşıb  |     19:54 Cəlilabadda avtomat və ov tüfəngləri polisə təhvil verilib  |     19:36 Azərbaycanın iki rayonunda günəş elektrik stansiyaları tikiləcək  |     19:20 ABŞ İrana qarşı yeni sanksiyalar hazırlayır  |     18:53 Ermənilər Üzeyir Hacıbəylinin məşhur bəstəsini oğurladılar - VİDEO  |     18:27 Bakıda baş verən yol-nəqliyyat hadisəsi tıxaca səbəb olub  |     18:06 Rusiyada “TikTok”un bloklanması təklif olunub  |     17:55 Gəncədə şagird sinif yoldaşına xəsarət yetirib  |     17:15 Bakıda ucuz qiymətə çıxarışlı mənzillər satılır - ÜNVANLAR  |     17:03 İsrail rəsmiləri İrana görə bir daha toplanacaq  |     16:39 Daha bir məşhur "tiktok"çu həbs edildi  |     16:30 Bakıda mənzildə meyit tapılıb  |    

Özəl çimərliklərdə istirahət neçəyə başa gəlir? - VİDEO

Son günlər hava şəraitinin küləkli keçməsinə baxmayaraq, dənizə gedənlərin sayı az deyil.

Median.Az-ın məlumatına görə, həftəsonu istirahəti fürsət bilən paytaxt sakinləri çimərliklərə üz tuturlar.
Pulsuz çimərliklərlə yanaşı, özəl çimərliklərə gedənlər də az deyil. Odur ki, özəl çimərliklərə gedənlərin sayının çox olması buradakı xidmətlərin qiymətini də gündəmə gətirir.

İstirahətə gedənlərin bəziləri özləri ilə müxtəlif qidalar aparırlar, amma bəzi şəxslər üz tutduğu məkanda yeməyə üstünlük verirlər.
Özəl çimərliklərin bəzilərində dənizə giriş pulsuz olsa da, göstərilən xidmətlərin hamısı ödənişlidir.

Belə çimərliklərdə iki nəfərlik istirahət orta hesabla 30-50 manata başa gəlir. Çimərliklərdə ən çox tələb bisetkalaradır. Minimum 4 nəfərlik bisetkanın günlük qiyməti 10 manatdır. Bundan başqa, mürəbbə ilə çay 10 manatdır.

Çimərliklərdə tələb olunan yeməklərin başında isə kabab gəlir. Kababların qiyməti isə 5 manatdan başlayır.

Sorğu zamanı da məlum oldu ki, istirahətə gələnlər orta hesabla 2 nəfər üçün minimum 20 manatdan çox pul xərcləməlidir.

Bundan başqa, həftə sonları canlı musiqilər təşkil olunan çimərliklər də var.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 423 23.07.18 12:54