Erməni əsirlərlə azərbaycanlı girovların dəyişdirilməsi gündəmdə - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:24 Sabah 4 rayonun qaz təchizatı dayandırılacaq  |     20:17 Almaniya prokurorluğu 7 radikal islamçıya qarşı ittiham irəli sürüb  |     20:06 Cibuti sahillərində gəmiyə hücum edilib  |     19:59 Rusiya müdafiə nazirinin müavini iki ay müddətinə həbs edilib  |     19:57 AQTA nöqsanlara görə bazar rəhbərlərinə xəbərdarlıq edib  |     19:50 30 ölkədən olan beynəlxalq ekspertlər Laçında aparılan bərpa işləri ilə tanış olublar  |     19:43 Türkiyə Qarabağ şəhidlərinin övladları üçün kosmik düşərgələr təşkil edəcək  |     19:37 Türkiyə Zəngəzur dəhlizi çərçivəsində avtomobil və dəmir yolları üçün işlərə başlayıb  |     19:32 "Milan"da baş məşqçi postuna namizədlər bəlli olub  |     19:28 Tonqada 5,4 maqnitudalı zəlzələ baş verib  |     19:22 Ombudsman Ermənistanın Azərbaycana qarşı mina terroru haqqında Böyük Britaniya səfirini məlumatlandırıb  |     19:13 "Sumqayıt" "Qarabağ"la oyuna baş məşqçisiz çıxacaq  |     19:06 Alimlər istilik xəbərdarlığı şkalası üçün yeni rəng təqdim ediblər  |     18:54 Qırğızıstan Prezidenti Sadır Japarov Bakıda şəhidlərin xatirəsini anıb  |     18:42 Fransa təyyarəsində tüstülənmə: Bakı hava limanına qəza enişi etdi - FOTO  |     18:27 Lukaşenko: Bəzi ölkələr Belarusu müharibəyə sürükləmək istəyir  |     17:52 Rusiya müdafiə nazirinin müavini İvanov dövlətə xəyanətdə şübhəli bilinir  |     17:45 Rəisin evindən oğurluq etdi, araq alıb içdi - Kameraya salam da verdi  |     17:35 Bu dərmanların Azərbaycana gətirilməsi qadağası ləğv edilir  |     17:20 Bakıda binalarda yeni oğurluq üsulu: Kameraya düşməsin deyə işığı söndürür - VİDEO  |    

Erməni əsirlərlə azərbaycanlı girovların dəyişdirilməsi gündəmdə - VİDEO

Arsen Baqdasaryan 2014-cü il dekabrin 26-da saat 15 radələrində qoşunların təmas xəttini keçərək Azərbaycan Silahlı Qüvvələrinin müdafiə mövqelərində piyada əleyhinə minaları Azərbaycan hərbi qulluqçularının daha çox gedib-gəldiyi səngər yollarında yerləşdirib, geri qayıtmaq istəyərkən əsir götürülüb.

Daha bir erməni kəşfiyyatçi karen kazaryan isə bu günlərdə qazax rayonu istiqamətində azərbaycan mövqelərini keçməyə çalışarkən əsir götürülüb. Karen Kazaryan artıq istintaqa ifadə də verib. O, ilkin ifadəsində peşəkar hərbi kəşfiyyatçı olduğunu etiraf edib, məqsədinin Azərbaycanın sərhəd kəndlərində təxribat törətmək olduğunu deyib.

Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova REAL TV-yə dedi ki, erməni əsir Karen Kazaryanla görüş üçün hazırda əlaqədar təşkilatlarla danışıqlar aparırlar. Erməni tərəfi isə Beynəlxalq Qızıl Xaç Komitəsinin Ermənistan bürosu ilə danışıqlara başayıb.

Armen Baqdasaryanın 4 ildir ki, girov götürülmüş azərbaycanlılar - Dilqəm Əsgərov və Şahbaz Quliyevlə dəyişdirilməsi ilə bağlı müraciətə məhəl qoymayan Ermənistanın Karen Kazaryanla bağlı mövqeyi bir qədər fərqlidir.

Azərbaycanda saxlanılan iki erməni kəşfiyyatçı olduqlarını, ölkəmizdə cinayət törətmək məqsədlərini etiraf ediblər. Erməni girovluğunda olan Dilqəm Əsgərov və Şahbaz Quliyev isə erməni işğalında olan dədə-baba yurdlarını ziyarət edərkən girov götürülüblər.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından Dilqəm Əsgərov və Şahbaz Quliyevin Azərbaycanda saxlanılan erməni diversantlarla dəyişdirilməsi istiqamətində işlərin aparıldığı deyilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 673 21.07.18 16:43