"Son zəng" günü psixotrop dərman almaq üçün tanış qadını bıçaqlayan məzun qıza şərti cəza » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:58 Sibirdəki meşə yanğınları Avrasiyada temperaturu 0,3 dərəcə aşağı sala bilər  |     22:48 Gədəbəy sakini Gəncədə bıçaqlanıb  |     22:38 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib  |     22:30 Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO  |     22:21 İranda güllələnən gəncə görə kənd sakinləri ayağa qalxdılar - FOTO/VİDEO  |     22:14 Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib  |     22:06 Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub  |     21:58 Yenikənd və Mingəçevir su anbarlarında qadağan edilmiş ov alətləri aşkarlanıb  |     21:50 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub  |     21:35 Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB  |     21:27 Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     21:20 Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub  |     21:11 Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı  |     21:04 Masazırda evdə yanğın olub  |     20:55 Azərbaycanda yeni kollec yaradıldı  |     20:48 Azərbaycanda 1, 3 və 5 qəpiklər dövriyyədən çıxarıla bilər? (AÇIQLAMA/VİDEO)  |     20:36 Ermənilər Vatikanı və Papaları neçəyə satın aldılar? - 24 aprel şousu (FOTO)  |     20:24 Sabah 4 rayonun qaz təchizatı dayandırılacaq  |     20:17 Almaniya prokurorluğu 7 radikal islamçıya qarşı ittiham irəli sürüb  |     20:06 Cibuti sahillərində gəmiyə hücum edilib  |    

"Son zəng" günü psixotrop dərman almaq üçün tanış qadını bıçaqlayan məzun qıza şərti cəza

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Aytən Abbasovanın CM-nin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Median.Az xəbər verir ki, 2014-cü il mayın 30-da Yasamal rayonu, Ş.Qurbanov küçəsi, 1 ünvanından Bakı şəhər sakini Məryəm Hüseynova (1985-ci il təv.) kəsilmiş-deşilmiş xəsarətlə Kliniki Tibbi Mərkəzə çatdırılıb. Həmin gün Yasamal RPİ 27-ci polis bölməsinin əməkdaşları tərəfindən hadisəni törədən 17 yaşlı Aytən Abbasova tutulub. Bildirilib ki, qız orta məktəbi bitirib və hadisə "Son zəng" tədbirindən sonra baş verib. Rayon məhkəməsinin qərarı ilə onun barəsinndə polis nəzarətində qətimkan tədbiri seçilib.

İttihama görə, mayın 30-da Fəvvarələr meydanının yaxınlığında Aytən Abbasova əvvəlcədən tanıdığı 2-ci qrup əlil olan Məryəm Hüseynovadan psixotrop dərman almaq üçün 5 manat pul istəyib. Qadın ona pul vermədikdə, Abbasova onu yerə yıxıb və üzərindəki bıçaqla Hüseynovaya zərbələr vurub.

Məhkəmə prosesində Aytən Abbasova ittiham üzrə özünü təqsirli bilib. İfadəsində Məryəm Hüseynovanı söyüş söydüyü üçün vurduğunu bildirib : "Ondan pul tələb etməmişəm, narkotik istifadəçisi deyiləm. Söhbət edəndə məni və valideynlərimi söydü. Özümdən çıxdım və bıçaqla vurdum. Polisdən qorxduğum üçün qaçmışam".

Zərərçəkmiş Məryəm Hüseynova isə bildirib ki, Aytən Abbasova dərman almaq üçün ondan pul tələb edib : "Yaxınlaşıb 5 manat istədi, dedi, narkotik olan dərman almalıyam. Dedim vermirəm, özüm xəstə adamam, sənə niyə pul verim, 70 manat təqaüd alıram. Anamı söydü, dedim ki, özünü yığışdır. Dayanmadı, mən də onu söydüm. Saçımdan tutub, yerə yıxdı, başıma təpiklə vurdu. Sonra bıçaqladı. Polisə şikayət elədim. Bir neçə dəfə gəlib məni hədələyib ki, səni öldürəcəm".

Təqsirləndirilən şəxsin anası Arzu Süleymanova bildirib ki imkanları yoxdur : "Evdə iki xəstəm var. Aytən də qollarını doğrayır, psixoloji problemləri var. Özü də hamilədir".

Bundan sonra qadın qızının hamilə olması ilə bağlı sənədi məhkəməyə təqdim edib. Orda Aytən Abbasovanın 6 həftəlik hamilə olması bildirib.

Hakim deyib ki, A.Abbasova rəsmi nigahda deyil, Arzu Süleymanova isə bildirib ki, qızının dini kəbini var.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs barəsində 1 il sınaq müddəti təyin edilməklə, şərti cəza seçilib. Məhkəmə nəzərə alıb ki, A.Abbasova cinayəti törədərkən yetkinlik yaşına çatmayıb və hazırda zərərçəkmiş şəxslə barışıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 104 19.07.18 16:22