Azərbaycanda qanunsuz dini ədəbiyyat satan şəxslər cəzalandırılıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:53 Aviaşirkətlər Dubaydan uçuşlar üçün qeydiyyatı bərpa edir  |     17:50 Aviaşirkətlər Dubaydan uçuşlar üçün qeydiyyatı bərpa edir  |     17:38 Kürdə batan azyaşlı qız ürəyindən əməliyyat olunubmuş - VİDEO  |     16:38 Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? - VİDEO  |     16:26 Qubad İbadoğluya yekun ittiham elan edildi - İstintaq bitir  |     16:04 Bakıda marketdən minlərlə manatlıq spirtli içki oğurlanıb - FOTO/VİDEO  |     15:41 Dövlət Xidməti Amaras monastırında monitorinqlər aparıb  |     15:33 Zaxarova: “Ermənistan miqrasiya ilə bağlı Britaniya ilə danışıqlarını özü şərh etməlidir” - VİDEO  |     15:29 Zaxarova: “Moskva Bakı ilə İrəvan arasında münasibətlərin həlli üçün mümkün olan hər şeyi etdi” - VİDEO  |     15:26 Polis qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlərlə 21 əcnəbini saxlayıb - VİDEO  |     15:25 Mariya Zaxarova: “Rusiya Ermənistandan aydın reaksiya və rəsmi təkzib gözləyir”  |     15:24 Azərbaycan Milli Məclisi ilə Yeni Kaledoniya Konqresi arasında Əməkdaşlıq Memorandumu imzalanıb  |     15:21 Zaxarova: “Ermənistana yalnız Qərbin əlində alət rolu verilir” - VİDEO  |     15:13 Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar  |     15:11 Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırır - RƏSMİ  |     15:06 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir, ikisinin inşası başa çatıb  |     13:34 Palma yağlarının Azərbaycana gətirilməsi qadağan edilsin - Deputatdan təklif  |     13:21 Məktəbdənkənar müəssisələrə qəbul elektronlaşdırılacaq  |     13:09 Aİ dövlətləri İrana qarşı yeni qadağalarla bağlı razılığa gəldilər  |     13:09 Azərbaycan “Laçın” hücum təyyarələrini havaya qaldırdı - VİDEO  |    

Azərbaycanda qanunsuz dini ədəbiyyat satan şəxslər cəzalandırılıb

Azərbaycanda qanunsuz dini ədəbiyyat satan 45 nəfər barəsində protokol tərtib edilib.

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov ilin 6 ayının yekunları və qarşıda duran vəzifələrə həsr olunan kollegiya iclasında deyib.

Sədr müavini Dövlət Komitəsinin ötən müddət ərzində hüquq-mühafizə orqanları ilə birgə qeyri-ənənəvi dini cərəyan mənsublarının qanunsuz fəaliyyətlərinə, eləcə də ixtisaslaşmış satış məntəqələrindən kənarda dini ədəbiyyat nümunələrinin satışının həyata keçirilməsinə qarşı inzibati tədbirləri intensiv şəkildə davam etdirdiyini deyib.

G.İsmayılov idxalla bağlı 2018-ci ilin yanvar-iyun ayları ərzində Dövlət Komitəsinə daxil olan müraciətlər əsasında 483 adda dini məzmunlu ədəbiyyatdan dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ edən 19 adda kitabın ölkəyə idxalının və yayılmasının qarşısının alındığını bildirib.

Sədr müavini əlavə edib ki, ölkədə nəşr olunmaq məqsədilə təqdim edilmiş 104 adda dini ədəbiyyatın 22-sinin çapı məqsədəuyğun sayılmayıb. 171 adda (253010 ədəd) dini təyinatlı ədəbiyyata yapışdırılması üçün nəzarət markaları verilib.

Hüquq-mühafizə orqanları tərəfindən müsadirə olunaraq Dövlət Komitəsinə göndərilən 224 adda dini təyinatlı ədəbiyyat və məmulat materiallarından 56-sının zərərli, yaxud müvafiq razılıq alınmadan idxal və istehsal edildiyi müəyyən edilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 060 19.07.18 11:50