İsrail televiziyasında Qarabağdan danışdılar - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

İsrail televiziyasında Qarabağdan danışdılar - VİDEO

Ermənistan hər nə qədər Belarusun Azərbaycana silah satmasına əngəl olmağa çalışsa da, bu proses davam edəcək.

Bu fikirləri rusiyalı hərbi ekspert Aleksandr Perenciyev İsrailin “Iland.TV” kanalında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, heç kim Azərbaycana silah tədarükü kanalını bağlaya bilmir.

“Ermənistan Belarusun Azərbaycana nəhəng raket kompleksləri satmasından hiddətlənir. Ancaq Bakı Çexiya, Çin, Pakistan, İsrail və digər dövlətlərdən də silah alır. Yerevan nədənsə bundan hiddətlənmir”, - ekspert bildirib.

Aparıcının Dağlıq Qarabağda genişmiqyaslı hərbi əməliyyatların mümkünlüyü ilə bağlı sualını cavablandıran Perenciyev deyib ki, xüsusi yol xəritəsi yaratmaq münaqişəni həll etmək üçün yeganə yoldur.

“Dağlıq Qarabağ münaqişəsinin həllində kompromis Ermənistan tərəfindən olmalıdır”, - ekspert əlavə edib.

Onun sözlərinə görə, Ermənistan kompromisə getməkdən imtina etsə, əlbəttə ki, Azərbaycan münaqişənin həlli üçün digər yanaşmalar axtaracaq.

Verilişin digər qonağı olan israilli politoloq Ariel Bulşteyn bildirib ki, 30 il keçib və Qarabağ münaqişəsinin həlli üçün eyni reseptin istifadə olunmasının mənası yoxdur.

“30 ildir istifadə edilən metodlar eyni sonluqlara gətirib-çıxaracaq”, - ekspert deyib.
/oxu.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 550 19.07.18 11:38