DYP-nin keçirdiyi reyddə qalmaqal: "Ayə, sənə demirəm çəkmə?!" - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:25 Bakıda keçmiş məcburi köçkünlərin evləri ucuz qiymətə satışa çıxarılır - QİYMƏTLƏR  |     12:24 Bakıda taksilərin qiyməti bahalaşdı - VİDEO  |     12:21 AQTA-dan bazar rəhbərlərinə XƏBƏRDARLIQ  |     12:19 Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - AÇIQLAMA  |     12:18 Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər - VİDEO  |     12:16 Sabah 31 dərəcə isti olacaq - PROQNOZ  |     12:14 Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİB  |     12:13 Ötən gün Azərbaycanda 19 kiloqramdan çox narkotik aşkar olunub  |     12:12 Dünya beyin mərkəzlərinin nümayəndələrinin Qarabağa səfəri başlayıb  |     12:11 Xankəndidə avtomat, qumbaraatan və qumbaralar tapılıb  |     12:10 Paytaxtın bəzi ərazilərində yeni parklar salınacaq  |     12:09 Dünya bazarında neft qiymətləri necə dəyişib?  |     12:07 Rusiyanın daha bir neft emalı zavoduna dron hücumu olub - VİDEO  |     12:05 Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu  |     12:04 Şimali Makedoniyada prezident seçkisi start götürüb  |     12:03 Masallıda 64 yaşlı qadın yıxılaraq ölüb  |     12:01 Azərbaycan nefti bahalaşıb  |     12:00 Kürdəmirdə narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar - FOTO  |     11:58 PSJ “Barselona”nın oyunçusuna böyük məbləğ təklif edir  |     11:57 Sumqayıtda gənc oğlan itkin düşüb  |    

DYP-nin keçirdiyi reyddə qalmaqal: "Ayə, sənə demirəm çəkmə?!" - VİDEO

Şamaxıda səhər saatlarından gecəyədək rayonun dövlət yol polis bölməsinin əməkdaşları yol hərəkəti qaydalarına əməl etməyən, eyni zamanda cərimələrini ödəməyən sürücülərə qarşı reyd keçirib.

Median.Az
ARB-yə istinadən xəbər verir ki, reydlər əsasən rayonun mərkəz və şəhərdaxili küçələrini əhatə edib. Reyd zamanı bir sıra qanun pozuntularına rast gəlinib. Reyd yaşayış məntəqələrinə yaxın olan ərazilərdə yüksək sürətlə hərəkət edən sürücülərin qarşısını almaq, o cümlədən təhlükəsizlik kəmərindən istifadə etməyən, sərxoş, heç bir sənədi olmayan sürücüləri müəyyən etmək məqsədi daşıyıb.

Reyd zamanı bir nəfər sərxoş halda, bir nəfər sürücülük hüququ olmadan avtomobil idarə edən və 12 nəfər təhlükəsizlik kəmərindən istifadə etməyən sürücü polislər tərəfindən saxlanılıb. Cərimə borcunu ödəməyən iki sürücünün avtomobili isə cərimə meydançasına aparılıb.

Bəzi sürücülər törətdiyi əməldən boyun qaçırıb, hətta reyd zamanı ərazidə çəkiliş aparan televiziya əməkdaşlarına təyziq göstərənlər də olub.

Sürücü: "Ayə demədim çəkmə? Nə çəkirsən?”

Reydin keçirilməsinə etiraz edən və qaydanı pozaraq özünü haqlı sayan sürücülərlə yanaşı belə reydlərin mütəmadi keçirilməsini müsbət qarşılayanlar da olub.

Saleh Orucov (sürücü): "Qayda-qanuna riayət etmək hər birimizin borcudur. Biz də çalışırıq ki, riayət edək. Əlbəttə, bu reydlərin mütəmadi keçirilməsi lazımdır”.

Sahib Eyyubov (sürücü): "Rayon içidi, ona görə taxmamışam kəməri. 40 manat cərimə elədilər. Öz günahımdır”.

Yol hərəkəti qaydalarına əməl etməyən, eyni zamanda cərimələrini ödəməyən sürücülərə ümumulikdə 30 protokol tərtib edilib. Bu cür reydlərin rayon ərazisində mütəmadi keçirilməsi nəzərdə tutulur.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 692 18.07.18 18:17