“Anam məni gecə 3-də Adnan Oktara aparırdı” – 13 yaşında zorlanan qızdan dəhşətli etiraf » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

“Anam məni gecə 3-də Adnan Oktara aparırdı” – 13 yaşında zorlanan qızdan dəhşətli etiraf

Türkiyədə özünü din xadimi kimi təqdim edən Adnan Oktar və cinayətkar təşkilatından zərərçəkənlərin polisə danışdıqları dəhşətli həqiqətləri bir-bir ortaya çıxarır.

13 yaşında ikən Adnan Oktarın təcavüzünə uğrayan, bu gün 15 yaşında olan Serra M. İsveçrədən gələrək Oktarın villasında yaşadıqlarını polisə danışıb.

Serra M. hələ 9 yaşında olarkən Oktarla görüşdürülüb.

"Mən 9-10 yaşlarımda olanda valideynlərimiz Adnan Oktarla ünsiyyət qurmuşdular. 13 yaşımda olanda gecə saat 3-də anama zəng edirdilər. Anam məni yuxudan qaldıraraq makiyaj edir və onların studiyasının olduğu yerə aparırdı. Anam mənə "az danışacaqsan" deyərək xəbərdarlıqedirdi. Anam "Adnan Oktar nə istəsə, onu edəcəksən" deyirdi", - o bildirib.

Onun sözlərinə görə, Çengelköydə hovuzlu evdə ona hədiyyə alınan dövşanlar və quşlar var idi:

"Bu evdə Coşkun Pamir, Damla Pamir, Bülent Sezgin, Erdem Ertüzün, Uğur Şahin, Sibel Yılmaztürk, Gülşah Güçyetmez, Akın Gözükan, Gökalp Barla, Kartal Göktan ve Levent Denizcioğlu və bir çox adam var idi. Onlardan ən kiçiyi mən idim. Digər kişilərin mənə toxunması qadağan idi. Heyvanlarla oynayırdım. O, qulağıma "qulağıma nə istəyirsən söylə, səni istəyirəm" kimi sözlər deyirdi. Mehdi olub-olmadığını, onu istəyib-istəmədiyini söyləməyimi istəyirdi. Yaşım az olduğu üçün dölərim kiçik idi. O, məndən dekolteli paltarlar geyinməyimi istəyirdi. Anamdan "Artıq Serranı mənə verdinmi" deyə soruşmuşdu. Anam da "verdim" söyləmişdi. Anam İsveçrəyə qayıdanda "Qızım Mehdi Adnan Oktar ilə evlənəcək" deyirdi".

Qeyd edək ki, Adnan Oktar və təşkilatı barədə aparılan istintaqda təşkilatın Türkiyə üzrə 100 minə qədər üzvünün olduğunu müəyyən edib.

///Publika.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            8 580 18.07.18 17:07