Bakıda qadını zorlayıb, öldürən dostların сəzası qüvvəsində qaldı - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Bakıda qadını zorlayıb, öldürən dostların сəzası qüvvəsində qaldı - FOTO

Bakı Apellyasiya Məhkəməsində RF-nın vətəndaşı Samir Zenyukovun (1970-ci il təv.) və Bakı şəhər sakini Dmitriy Razumnıynın (1985-ci il təv.) CM-nin 120.2.1, 2.4., 2.6, 2.9 (qrup halında, xüsusi amansızlıqla, başqa cinayəti gizlətmə və köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 29,149.2.1-ci ( qrup halında zorlamaya cəhd) və 150.2.1-ci ( qrup halında seksual xarakterli hərəkətlər etmə) maddələri ilə məhkum olunmalarına dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Median.Az
xeber verir ki, ötən il aprelin 30-u səhər saat 10:30-da Neftçilər prospekti 91 ünvanın qarşısında avtopatrul maşınında xidmətdə olduqları vaxt Səbail rayon mühafizə idarəsinin əməkdaşlarına, həmin binada yaşayan bir qadın yaxınlaşıb, həyətlərində naməlum sərxoş qadının uzandığını bildirib. Sakinin göstərdiyi yerə qadın meyiti aşkar edilib, sonra hadisə yerinə təcili-tibbi yardım həkimləri, RPİ və prokuruluq əməkdaşları cəlb olunub. Araşdırma zamanı cinayətin həmin binanın 39№i mənzilində yaşayan Samir Zenyukov və onunla birlikdə qalan Dmitriy Razumnıy tərəfindən törədilməsi müəyyən edilib. Hər ikisi evdə saxlanılıb.

Məlum olub ki, öldürülən qadın - 1971-ci il təv. Nizami rayonu, Çobanzadə küçəsi, ev 65 mənzil 41-də yaşayan Yelena Sandrandinovadır. Onun oğlu, anasının itkin düşməsi ilə əlaqədar Nizami r\n 23-cü polis bölməsinə müraciət edib. German Sandrandinovun sözlərinə görə, ayın 28-i günorta saat 13 radələrində anası evdən iş axtarmaq üçün çıxıb və geri qayıtmayıb. Həmin və növbəti gün istifadəsindəki telefona cavab verməyib

İstintaqla müəyyən edilib ki, aprelin 30-u gecə saat 1 radələrində Samir Zenyukov yaşadığı mənzildə Yelena Sandrandinovaya cinsi əlaqədə olmağı təklif etdikdə, qadın rədd cavabı verərək, dəhlizə çıxıb. Buna görə Zenyukov zərərçəkənin müxtəlif nahiyələrinə yumruq və təpik zərbələri endirib. Səs-küyə gələn Dmitriy Razumnıy da Yelenaya yumruqla sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yerirərək, paltarlarını soyundurub və onu divana uzandırıb. Sonra Serqey qadının köməksiz vəziyyətindən istifadə edərək, seksual xarakterli zorakı hərəkətlər edib. Səhər saat 4 radələrində Sandrandinovanın öldüyünü gördükdə, törətdikləri cinayəti gizlətmək məqsədi ilə meyitin əyninə paltarlarını geyindiriblər və onu mənzildən çıxarıb, həyətin küncünə qoyublar.

Təqsirləndirilən şəxs qismində dindirilmiş Dmitriy Razumnıy ifadəsində göstərib ki, 3 ildir Samir Zenyukovla dostluq edir. Dəfələrlə onun evində yeyib-içiblər, daimi yaşamağa yeri olmadığı üçün Samirgildə qalıb. Aprelin 28-də Samirin tanışı Alla İbrahimova Yelena adlı rəfiqəsinə zəng edib, birlikdə yeyib-içmək üçün Samirin evinə dəvət edib. Həmin gün Sandrandinovanı Neftçilər prospektində qarşılayıb, evə gətiriblər. Müxtəlif spirtli içkilər qəbul ediblər. Təxminən 4-5 saat oturduqdan sonra sərxoş vəziyyətdə olan Zenyukov Yelenaya söz atmağa başlayıb, ona cinsi əlaqədə olmağı təklif etdikdə, qadın etiraz edib və ona sərt cavab verib. Sandrandinova mənzilin qapısına doğru getdikdə, dostu da arxasınca dəhlizə çıxıb və onu döyməyə başlayıb. Kreslodan qalxıb, dəhlizə keçən Dmitriy içkinin təsirindən Yelenanın sifətinə və sinəsinə möhkəm zərbələr vurub. Qadın ayaq üstə qapının cəftəsindən tutub, arxaya gedib, sifəti qana bulaşıb, buna baxmayaraq Samir ona zərbələr vurmağda davam edib. Yerə yıxılandan sonra Samir ona ayaqla zərbələr endirib. Onlar Yelenanın huşunu itirdiyini, bir az yatıb, ayılacağını düşünüblər və yenə də içki içiblər. Təxminən səhər saat 4-də onun ayılmadığını görüb, nəbzini yoxlayıblar və bədəninin soyuq olduğunu hiss ediblər. Bu vaxt Zenyukov ona rus dilində “meyitlə əlaqədə olduğunu” deyib. Dmitriy polisə məlumat verməsini desə də, Samir buna etiraz edib, Yelenanı geyindirib, aparıb, parka, qoymaqlarını təklif edib. O, dostuna küçədə müşahidə kameralarının olduğunu bildirib və razılaşmayıb. Bundan sonra birlikdə, çıxardıqları paltarlarını qadının əyninə geyindirib, ayaqlarından və əllərindən tutaraq, evdən çıxarıblar. Mərhumu pilləkənlə aşağı düşürüb, həyətin sağ tərəfində görünməz yerə qoyublar. Səhər saat 11-də qapı döyüləndə, polis əməkdaşları olduqlarını başa düşüblər. Dmitriy şkafın içərisində gizlənib, Samir isə divanda uzanıb. Onları 9-cu polis bölməsinə aparıblar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Zenyukov 19 və D.Razumnıy 18 il müddətinə azadlıqdan məhrum olunublar.

Hökmdən zərərçəkmiş məhkum S.Zenyukov barəsində apellyasiya şikayəti verib.

Bakı Apellyasiya Məhkəməsi işin hallarını araşdıraraq, zərərçəkmişin şikayətini təmin etməyib. Qərara əsasən, hökm dəyişdirilmədən saxlanılıb.

















скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            6 491 16.07.18 17:54