Bakıda avtobusda biabırçılıq – sürücü ilə sərnişin əlbəyaxa oldu – RƏSMİ AÇIQLAMA » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:00 Rusiyada müdafiə nazirinin müavini saxlanıldı  |     22:55 Bu ərazilərdə qaz olmayacaq  |     22:43 Avroparlament deputatının köməkçisi casusluq etdiyi üçün saxlanılıb  |     22:31 Stoltenberq: NATO-nun Polşada nüvə silahı yerləşdirmək planı yoxdur  |     22:22 Bağanis Ayrım sakini: “Mən 34 ildə övladım və həyat yoldaşımın qəbrini görməyə həsrət qaldım” - VİDEO  |     22:02 Azərbaycanın U-17 millisi Minskdə ilk oyununa çıxacaq  |     21:23 İranın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırıldı  |     21:13 Goranboyda qadını maşın vurub  |     21:04 Xankəndidə doğulan körpəyə Ali Baş Komandanın adı qoyulub - FOTO  |     20:58 Putin: BAM-ın gücü 12 ildə 3 dəfə artıb  |     20:41 Ramiz Taxvelinin ölüm səbəbi açıqlandı: İstintaq yeniləndi - FOTO  |     20:34 Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub  |     20:27 Britaniya diplomatı: ABŞ, Avropa Ermənistana dəstək baxımından diqqətli olmalıdırlar  |     20:17 Avstriyalı ekspert: “Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu”  |     20:10 AVF-nın prezidenti: “Voleybolun Azərbaycanda ənənəsi böyükdür”  |     20:02 Bakı-Ağstafa sürət qatarının dayanacaqlarından biri müvəqqəti ləğv edilib  |     19:56 Azərbaycanda bu taksi şirkəti bağlanır - FOTO  |     19:40 Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə şəhərdə mənzil ayrılıb - YENİLƏNİB  |     19:31 Şamaxıda leysan fəsadlar yaradıb - YENİLƏNİB + FOTO Bizim WhatsApp  |     19:07 Faiq Ağayev: “Biz sevgili olmamışıq”  |    

Bakıda avtobusda biabırçılıq – sürücü ilə sərnişin əlbəyaxa oldu – RƏSMİ AÇIQLAMA

Bakı Nəqliyyat Agentliyi (BNA) bu gün 57 nömrəli avtobusun sürücüsünün maşını dayanacaqdan kənarda saxlamadığına görə sərnişin tərəfindən vurulması ilə bağlı məsələyə aydınlıq gətirib.

Bu barədə agentliyin mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib. Onun sözlərinə görə, insident 90 RB 868 dövlət nömrə nişanlı avtobusda baş verib.

“Sərnişinlərdən biri sürücüyə avtobusu dayanacaqdan kənarda saxlamağı tələb edib. Lakin sürücü sərnişinin bu qanunsuz tələbini yerinə yetirməyib. Bundan sonra sərnişin sürücüyə qarşı kobud ifadələr işlədərək əlbəyaxa davaya cəhd edib. İnsidentlə bağlı sürücü dərhal Daxili İşlər Nazirliyinin "102" xidməti-zəng mərkəzinə məlumat verib”, - deyə M.Ağayev bildirib.

Qurum rəsmisi deyib ki, BNA bir daha sərnişinləri və sürücüləri bir-birinə qarşı münasibətdə etik davranış qaydalarına əməl etməyə çağırır və ictimai nəqliyyatdan istifadə edərkən müəyyən edilən qaydalara əməl etmələrini tövsiyyə edir: “BNA bununla bağlı mütəmadi olaraq həm sürücülər həm də sərnişinlər üçün müxtəlif maarifləndirmə tədbirləri həyata keçirir”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            952 16.07.18 16:25