Ya baxımsızdı, ya da ümumiyyətlə işləmir - Bu liftlərə kim nəzarət etməlidir? - VİDEO » Median.Az News Agency

Ya baxımsızdı, ya da ümumiyyətlə işləmir - Bu liftlərə kim nəzarət etməlidir? - VİDEO
Ya baxımsızdı, ya da ümumiyyətlə işləmir. Paytaxtdakı bəzi hündürmərtəbəli binalardakı liftlərə vaxtında xidmət göstərilmədiyindən bir çox hallarda sakinlər ya liftdə qalır, ya da günlərlə mənzillərinə piyada qalxmalı olurlar.Vətəndaşlar deyir ki, artıq təzə binalardakı liftlər də köhnəlib və vaxtı vaxtında texniki baxış göstərilmir.

Ekspertlər isə binada olan bütün texniki qurğulardan tikinti şirkətinin məsuliyyət daşıdığını deyir.Xüsusi ilə də liftlər mütəmadi istifadə olunduğundan texniki baxışın vaxtı vaxtında keçirilməsi vacibdi.

Tikinti üzrə ekspert Şirin Şərifov deyir ki, tikintini aparan şirkət mənzillər təhvil verildikdən sonra da binada liftlərin işləməsini təmin etməlidir. Bunun üçün hündürmərtəbəli binalarda yaşayan sakinlərdən komunal ödəniş də alınır.


Hüquqşunas Xəyal Bəşirov isə bildirir ki, qəza baş verən zaman onun səbəbi mütləq aidiyyatı qrumlar tərəfindən təəfərrüatlı araşdırılmalıdır. O ki, qaldı liftə baş verən qəza zamanı məsuliyyəti kimin daşımasına, hüquqşunas deyir ki, bu zaman MTK-nın hər hansı bir şirkətlə müqaviləsinin olub olmaması araşdırılmalıdır. Əgər varsa məsuliyyəti həmin şirkət daşımalıdır. Əks halda bütün məsulliyyət MTK-nın üzərində qalır. Cəza mexanizminə gəldikdə isə əgər lift qəzası zamanı kiminsə sağlamlığına ziyan dəyərsə, bu zaman məsuliyyət daşıyan şəxsi 1500-3000 manat cərimə gözləyir. Əgər hadisə zamanı ölüm faktı qeydə alınarsa, bu zaman məsuliyyət daşıyan şəxsi 2 ildən 5 ilədək azadlığın məhdudlaşdırılması, və ya 5 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. /xezerxeber.azскачать dle 11.3





Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri




553 16.07.18 13:02