Nazpərinin evindən 311 min manatlıq qızıl oğurlanıb - İstintaqa verdiyi ifadə » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:56 Rusiya XİN: “Ermənistan rəhbərliyi özü də etiraf edir ki, Azərbaycanla sərhədi delimitasiya etmək lazımdır”  |     15:38 Elmira Süleymanova vəfat etdi  |     15:33 Azərbaycanda 8-ci sinif şagirdi qaçırılıb  |     15:31 HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə  |     13:57 Bakıda türk dövlətləri parlamentlərinin xarici əlaqələr komitələri sədrlərinin iclası keçirilib - YENİLƏNİB  |     13:45 İşıq puluna görə qardaşını qətlə yetirdi - VİDEO  |     13:43 Bakıda üç məktəbin direktoru barəsində intizam tənbeh tədbiri görülüb  |     13:41 Şuşada keçiriləcək müsabiqənin qalibinə 10 000 dollar veriləcək  |     13:39 Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA  |     13:37 Xankəndidə separatçılıq rəmzləri sökülür - VİDEO  |     13:35 Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundular  |     13:32 Bakıda mənzildə qadın meyiti aşkarlanıb  |     13:30 Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi  |     13:29 Azərbaycan nefti cüzi bahalaşıb  |     13:26 “Atletik”in əfsanəsi komandanı tərk edir  |     13:26 Məşhur dünya brendi Rusiyanı tərk edir  |     13:25 Bağda işləməyin insan orqanizminə əvəzedilməz təsirləri  |     13:24 İlon Mask yeni “Tesla” fabriklərinin tikintisindən imtina etdi  |     13:24 Almaniyada festivala qatılan 300-ə yaxın insan zəhərlənib  |     13:05 Azərbaycanda niyə qeysəriyyə əməliyyatlarına üstünlük verilir? - ARAŞDIRMA (VİDEO)  |    

Nazpərinin evindən 311 min manatlıq qızıl oğurlanıb - İstintaqa verdiyi ifadə

Bakıda evindən oğurluq edilən xalq artisti Nazpəri Dostəliyevanın istintaqa verdiyi ifadəsi məlum olub.

"Report"un xəbərinə görə, cinayət işi üzrə təqsirləndirilən Cavid Əliyev, Yunis Hüseynli, Namiq Fərəcov və Ruslan Verdiyevin ittiham aktında N.Dostəliyeva qeyd edib ki, hadisədən əvvəl övladlarının hər biri ayrı-ayrı evlərdə yaşayıb, özü isə Nərimanov rayonundakı mənzilində tək yaşayıb.

O bildirib ki, 11 ildir tanıdığı Sevda Hüseynova adlı qadın ev işlərində ona kömək edib: "Mənzilimin bir açarı da Sevdada olub. O, hər gün səhər saat 10-da bizə gəlib, 7-də gedib. Hər ay ona 500 manat əməkhaqqı verirəm".

N.Dostəliyevanın sözlərinə görə, həmin mənzilin yataq otağında şkafın içərisində özünə məxsus qızıl-zinət və özəl əşyalar saxlayıb: "Onun açarı isə yalnız məndə olub. Hadisə vaxtı seyfin içərisində brilyant, digər qızıllar, pullar və evin sənədləri vardı. Mənim icazəm olmadan heç kim o seyfə əl vura bilməzdi. Həmçinin, hər gün istifadə etdiyim qızıllar isə yataq otağında şüşə şkafda idi. Sərxan Mirzəyev, təxminən, 2 ildir sürücümdür. Ona da ayda 500 manat əməkhaqqı verirəm”.

Xalq artisti ifadəsində söyləyib ki, hadisə günü sürücüsü S.Mirzəyev və köməkçisi S.Hüseynova ilə birgə Novxanıda yerləşən bağ evinə gedib: "Axşamüstü Nərimanovdakı evə qayıdan zaman isə yataq otağının işığı yanılı idi. Sevdadan işığı niyə söndürmədiyini soruşdum. O, evdən çıxan zaman bütün işıqları söndürdüyünü dedi. Otağa daxil olanda şüşə rəfin siyirməsi açıq, orada olan əşyalarım darmadağın idi. Qızıl-zinət əşyalarım isə götürülmüşdü. Həmçinin şkafın içərisində olan seyf də yerində yox idi. Otağın digər tərəfində olan şkafdan da brilyantlarım və qızıl-zinət əşyalarım götürülmüşdü. Evdə oğurluq hadisənin olduğunu dəqiqləşdirdim. Sərxan mənzildə oğurluq olması ilə bağlı "102" xidmətinə məlumat verdi. Bir müddət sonra polis zabiti gələrək bizdən izahat aldı”.

N.Dostəliyeva dindirilən zaman deyib ki, evindən ümumilikdə 311 min manatlıq qızıl-zinət əşyası, 15 min dollar, 3 min avro və 2 min fund-sterlinq maddi ziyan dəyib: "İstintaq dövründə qızıllarım və pullarımın bir qismi qaytarıldı. Daha sonra təqsirləndirilən şəxslərin valideynləri tərəfindən yerdə qalan qızıl və pulum da ödənilib".

Xalq artisti istintaqa verdiyi ifadəsində təqsirləndirilən şəxslərdən heç bir şikayəti, iddia və tələbinin olmadığını söyləyib.

Qeyd edək ki, 19 avqust 2017-ci il tarixində naməlum şəxs və ya şəxslər Bakı şəhəri Nərimanov rayonunda yaşayan Nazpəri Dostəliyevanın mənzilinə açarseçmə üsulu ilə qanunsuz daxil olaraq içərisindən külli miqdarda qızıl-zinət əşyaları və pul olan dəmir seyf oğurlayıblar.

Polis əməkdaşları tərəfindən həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində qeyd edilən cinayət hadisəsinin Sumqayıt şəhər sakinləri, əvvəllər məhkum olunmuş Ruslan Verdiyev, Cavid Əliyev, Yunis Hüseynli, Namiq Fərəcov və Asif Həmidov tərəfindən törədildiyi məlum olub.

Dəstə üzvləri seyfin içindən götürülən pulu və qızıl-zinət əşyaların satışından əldə olunan maddi vəsaiti öz aralarında bölüblər.

Həmçinin müəyyən edilib ki, həmin şəxslər seyfi bir gün sonra Sumqayıt şəhəri ərazisindən keçən kanala atıblar. Baxış zamanı seyf qeyd edilən həmin kanaldan aşkar olunaraq götürülüb.

Daha sonra A.Həmidovun avtomobilindən, Y.Hüseynli və R.Verdiyevin yaşadıqları ünvanlardan narkotik vasitə olan heroin götürülüb.

Məlumata görə, A.Həmidov taksi sürücüsü olub.

İstintaq dövründə həmin cinayət işi üzrə təqsirləndirilən A.Həmidovun barəsində irəli sürülmüş Cinayət Məcəlləsinin (CM) 177-ci (oğurluq) və 234-cü (narkotik) maddələri 307.1-ci (cinayəti bilərək məlumat verməmə) maddəsinə dəyişdirilib. Onun barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri seçilib və azadlığa buraxılıb. Cinayət işi üzrə xalq artisti N.Dostəliyevadan başqa, Mikayıl Abdullayev, Afaq Həsənova, Vüqar Səfərov, Anar Əliyev, Elman Sadatov və İqrar Əsgərov da zərərçəkmiş qismində tanınıb.

Hazırda cinayət işi üzrə məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyevin sədrliyi ilə baxılır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 675 16.07.18 12:57