Goranboyda 23 yaşlı qadın 4 övladını qoyaraq evdən gedib - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:48 Azərbaycan və Pakistan iki saziş hazırlayır  |     18:33 Bank sektorunun aktivləri ilk rübdə 241 milyon manatdan çox azalıb  |     18:16 13 yaşlı uşaq ehtiyatsızlıqdan Ceyranbatan su kanalına düşüb  |     17:15 Almaniya XİN-dən Azərbaycan və Ermənistan arasında əldə edilmiş razılığa REAKSİYA  |     16:59 Bakıda taxta bazarı yanır  |     16:49 Cavanşir Məmmədovun ölümündən əvvəlki son görüntüsü - VİDEO  |     16:41 Rusiya sülhməramlıları Azərbaycandan getmək üçün Goranda toplaşdılar  |     16:30 Bakıda əyləncə mərkəzində yanğın - VİDEO  |     16:12 Moskva yaxınlığında azərbaycanlı iş adamı güllələndi: Qətl sifarişini qadın verib? - VİDEO  |     16:08 Bakıda daha bir müntəzəm marşrut xətti “BakuBus”a verilib  |     14:57 Bakıda minlərlə qutu aksiz markasız siqaretlər aşkar ediblər  |     14:45 Moskva yaxınlığında azərbaycanlı iş adamı qətlə yetirilib  |     14:42 İşıqfora təpik atan yeniyetmə valideynləri ilə birlikdə polisə dəvət olunub - VİDEO  |     14:30 Müştərilər 86 milyon manat depoziti geri çəkdi - “Accessbank”da nə baş verir?  |     14:23 Ermənistan baş naziri: “Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər”  |     14:22 Beynəlxalq axtarışda olan şəxs xüsusi konvoyun müşayiəti ilə Azərbaycana gətirildi  |     14:22 Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir  |     14:21 Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlıları ilə bağlı göstəriş verdi - VİDEO  |     14:17 Nazirliyin üç strukturu dövlət orqanlarının aparatı siyahısından çıxarıldı  |     14:17 Baş Prokurorluğun 42 yaşlı yüksəkvəzifəli əməkdaşı qəfil vəfat etdi  |    

Goranboyda 23 yaşlı qadın 4 övladını qoyaraq evdən gedib - FOTO

Goranboyda 23 yaşlı qadın 4 övladını qoyaraq evdən gedib. 

Hadisə 5 gün öncə Goranboyun Tatarlı kəndində baş verib. Elvira Əzizova günorta saatlarında yaşadığı mənzildən çıxsa da, onu görən olmayıb. Nənəsinin himayəsində böyüyən 23 yaşlı qadın orta təhsil belə almayıb. Yaxınlarının sözlərinə görə, Elvira Əzizovanın həyat yoldaşı, digər ailə üzvləri ilə hər hansı problemi olmayıb. Savad Məmmədova nəvəsinin dünyagörüşünün zəif olduğunu, təhsilsiz olması səbəbindən evdən çıxıb geri qayıda bilmədiyini iddia edir. Ailə üzvülərinin sözlərinə görə, 4, 5 yaşlı və 8 aylıq olan 2 əkiz oğlan uşaqları günlərdi anasız ağlayıb, qida belə qəbul etmirlər. Övladları analarının şəkilini öpərək onun tez qayıtmasını arzulayırlar.



Savad Məmmədova nəvəsinin tezliklə evinə, ailəsinə dönməsini səbirsiziklə gözlədiklərini bildirib. Gözüyaşlı körpələrin anasını görənlərdən 055-990-12-79, 050-965-05-65, 050-364-18-69, 070-745-42-91, 051-501-51-61, 022-24-46-2-47, 022-24-46-3-20 nömrələrinə zəng vurmalarını xahiş edirlər. Qeyd edək ki, məsələ ilə bağlı Goranboy Rayon Polis Şöbəsinə də məlumat verilib.//yeniavaz.comскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 897 16.07.18 12:33