Ukrayna dairəsində təmir işləri nə vaxta qədər davam edəcək? - AÇIQLAMA » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:32 Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib - FOTO  |     17:12 Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur  |     17:03 Qubadlıda sərhədçilər üçün yaşayış binası istifadəyə verilib - VİDEO  |     16:46 Azərbaycanın xarici dövlət borcu açıqlandı  |     16:42 Azərbaycanda vəzifəli şəxs 3500 manat cərimələndi  |     16:40 Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - DETALLAR  |     16:31 İsrail Livanda "Hizbullah"ın iki komandirini öldürüb  |     16:28 Prezident: “COP29 üç Cənubi Qafqaz ölkəsi arasında gələcək əməkdaşlıq üçün yol açacaq”  |     16:28 Azərbaycanda 51 kiloqram narkotik aşkarlanıb, həbs olunanlar var - FOTO/VİDEO  |     14:23 Ukraynanın yeni səfiri Azərbaycana gəlib  |     14:15 Bakıda əmisini ov tüfəngi ilə öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub  |     13:49 Viktor Orban Ukraynada münaqişənin bitəcəyi vaxtı proqnozlaşdırıb  |     13:37 Azərbaycanda elektron siqaretlər qadağan olunsun - Deputatdan TƏKLİF  |     13:24 Yoldan keçən avtomobillərə “silah” tuşladı, polis hərəkətə keçdi - VİDEO  |     13:22 Bakıda kafedən minlərlə manat oğurlanıb  |     13:21 Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin TƏFƏRRÜATI - YENİLƏNİB  |     13:18 Bakıda məktəblilərə siqaret satanlar cərimələniblər - FOTO/VİDEO  |     13:15 Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib  |     13:14 Ermənistan KİV: Bağanis istiqamətində müdafiə mövqeyi Azərbaycana təhvil veriləcək  |     13:13 Neftçalada narkotik satmaq istəyən şəxs saxlanılıb  |    

Ukrayna dairəsində təmir işləri nə vaxta qədər davam edəcək? - AÇIQLAMA

Bakının Ukrayna dairəsində təmir işləri təxminən bir həftə davam edəcək.

Median.Az
xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.

Onun sözlərinə görə, adıçəkilən ərazidə təmir işləri hissə-hissə aparılacaq: "Təmir işləri hissə-hissə aparılacaq. Dairənin bir hissəsi asfaltlanandan sonra açılacaq və digər hissədə təmir başlanacaq. Bu müddət ərzində həmin ərazidə hərəkət edən nəqliyyat vasitələrinin yolu dəyişdirilib. Dairəyə giriş bağlanan ilk gün ərazidə sıxlıq yaranmışdı. Səbəb sürücülərin əksəriyyətinin məsələdən xəbərsiz olması idi. Artıq ərazidə vəziyyət normallaşıb və sıxlıq yoxdur".

Xatırladaq ki, iyulun 10-dan etibarən Ukrayna dairəsinin bir hissəsində asfalt-beton örtüyünün yenilənməsi işləri əlaqədar ətraf yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb, həmin istiqamətdə hərəkət edən 21, 44, 60, 62, 132, 104 və 183 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemində müvəqqəti dəyişiklik edilib.

Dəyişikliyə əsasən, 21, 44, 60, 132 və 183 nömrəli marşrut xətləri üzrə avtobuslar Gəncə pr. - Xudu Məmmədov küçələri, əks istiqamətdə isə Məhəmməd Hadi küç - Xudu Məmmədov küç - Gəncə prospekti ilə hərəkət edəcəklər. 62 və 104 nömrəli müntəzəm marşrut xətti üzrə isə avtobuslar Məhəmməd Hadi küç - Sarayevo küç - Telnov küç - Neapol dairəsi istiqamətində hərəkət edir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            973 14.07.18 16:34