Bakının məşhur restoranında dava düşdü – “Ərəbə görə mənə yer vermədilər” » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Bakının məşhur restoranında dava düşdü – “Ərəbə görə mənə yer vermədilər”

Məlum məsələdir ki, son bir neçə ildə onlarla restoran “ərəbləşdi”, məhz ərəb musiqisi, mətbəxi ilə ölkəmizə turist kimi gələn ərəblərə xidmət göstərməyə başladılar.

İndi isə mərkəzdə yerləşən bəzi iaşə obyektləri yerli müştərilərə xidmət göstərmək istəmir.

Minval.info redaksiyasına müraciət edən Fərəc Eyvazov da bir restoranda məhz azərbaycanlı olduğu üçün özünə yer tapa bilmədiyini bildirib.

Fərəcin sözlərinə görə, 11 iyul günü İngiltərə-Xorvatiya matçını izləmək üçün Nizami küçəsində yerləşən “Kolorit” kafesinə üz tutub.

Bütün masalar dolu olduğu üçün bir qədər gözləyib. Daha sonra bir masa ətrafında əyləşənlər durub gediblər, masa boş qalıb. Fərəc masanın tamamilə boşaldığına əmin olmaq üçün bir az da gözlədikdən sonra əyləşmək üçün yaxınlaşıb.

Ancaq bu zaman restoranın ofisiantları Fərəcə mane olublar: “Mənə dedilər ki, bu masa doludur. Soruşuram ki, bəs niyə “reserved” yarlığı qoymamısınız? Bundan sonra məni küçə davasına çağırdılar. Restoranın məsul şəxsi deyir ki, “Sən bilirsən, mən kiməm”. Məni qorxutmağa çalışdılar. “Sizi məhkəməyə verəcəyəm” dedikdə, mənə nalayiq sözlər deməyə başladılar. Mən hələ bu qədər biabırçılıq görməmişdim”.

Şikayətçi iddia edir ki, bu yerləri ərəblər üçün saxlayırlar çünki, hər kəsə bəllidir ki, onlar daha çox yemək sifariş edir, restorana daha çox xeyir verirlər.

İddialarla ilə bağlı “Kolorit” kafesi ilə əlaqə saxladıq. Kafenin Nizami filialının meneceri Elşad bəy bildirib ki, həmin günlər kafedə sıxlıq olur, masa bron edənlərin sayı çox, ona görə də belə çaşqınlıq yaranmış ola bilər: “Futbol üzrə Dünya çempionatının oyunları olan günlərdə həddindən çox rezerv alırıq. Bəzən elə olur ki, masa arxasına əyləşmək üçün uzun növbələr yaranır. Ola bilsin, müştəri masadan qalxdıqdan sonra hələ “rezerved” yazılı lövhəni yerləşdirənə qədər digər müştəri əyləşmək istəyib. Ona görə də, belə anlaşılmazlıq yaşanıb. Dava məsələsinə gəldikdə isə, bizim əməkdaşlar heç vaxt belə addım ata bilməzlər. Axı özümüz də daim nəzarət edirik”.

Yəni, kafe deyir ki, yer rezerv olub sadəcə bunu göstərən lövhə qoyulmayıb, şikayətçi isə bildirir ki, rezerv olduğunu göstərməyiblərsə, əyləşə bilər. Bəs bu halda tərəflərdən hansı haqlıdır?

Bunu aydınlaşdırmaq üçün Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov ilə danışdıq. Qurum sədri bildirib ki, rezerv olduğu göstərilməsə belə, restoranın müştəriyə yerini dəyişməyi xahiş etməyə tam haqqı çatır: “Restoranın əməkdaşları müştəriyə həmin masanın bron edildiyini deyərək, başqa masaya keçməsini istəyə bilər. Bu zaman müştəri seçim etməlidir, ya başqa masaya keçəcək, ya da məkanı tərk edə bilər”.

Müştərinin davaya çağrılması məsələsi barədə isə E.Hüseynov söyləyib ki, müştəriyə qarşı zorakılıq halları artıq adiləşib: “Azərbaycan restoranlarında bu kimi böyük bir problem yaşanır. Hətta insanların üzünə baxıb buraxmırlar. Əgər bir təzyiq, xəsər yetirmə olubsa, müştəri buna görə mütləq lazımi yerlərə şikayət etməlidir”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 358 13.07.18 17:04