Vəkildən açıqlama: Adnan Oktar şizofrenikdir » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:13 İmişlidə qəza: Xəsarət alanlar var  |     22:48 Qanunsuz avtomobil idxalına görə tutulan gömrük ekspertinə hökm oxunub  |     22:40 Netanyahu Blinkenə Qəzzada müharibənin davam edəcəyini deyib  |     22:33 Keniyada son bir ayda daşqın nəticəsində ölənlərin sayı 179 nəfərə çatıb  |     22:26 Hər gün duş qəbul etsək nə olar?  |     22:15 12 min manat aliment borcunu ödəmədi - Həbs edildi  |     22:01 Rusiyadan idxal olunan kartofda zərərli orqanizm aşkarlandı  |     21:50 Karantin cərimələri ləğv ediləcək? (AÇIQLAMA)  |     21:44 Ukrayna əsgərləri Kremennaya yaxınlığında itirilmiş mövqelərini geri aldı - ISW  |     21:28 Şəmkirdə tikinti materialları satışı mağazası yanıb, bir nəfər xəsarət alıb  |     21:20 İmişlidə yol qəzası olub, xəsarət alanlar var  |     21:11 Keçmiş gömrük əməkdaşına hökm oxunub  |     21:06 Fransada nümayişçilərlə polis arasında toqquşma olub, 17 nəfər saxlanılıb  |     20:59 Erməni hərbi həkimlər NATO-nun təlimlərində iştirak edəcəklər  |     20:47 Azərbaycanda beyin ölümü keçirən şəxslərin yaxınları transplantasiyaya razılıq verməyib  |     20:39 Ukraynanın Xarkov vilayətinə hücum olub, ölənlər və yaralananlar var  |     20:30 Azərbaycandan çıxışına qadağa qoyulan 495 nəfərin ölkəni tərk etməsinin qarşısı alınıb  |     20:25 Sabahın hava proqnozu açıqlanıb  |     20:18 Ağacların qanunsuz kəsilməsinə dair sənədlər Baş Prokurorluğa göndərilib  |     20:09 Azərbaycanda tikinti materialları istehsal edən müəssisə özəlləşdirilib  |    

Vəkildən açıqlama: Adnan Oktar şizofrenikdir

235 müridi ilə saxlanılan Adnan Oktarla bağlı dindirilmələr davam edir. Ona qarşı 15 uşağa təcavüz ittihamı irəli sürülüb.

Median.Az
Türkiyə KİV-ə istinadla xəbər verir ki, vəkili Oktarın “cəza almama səbəbi” kimi təqdim etdiyi sənəddə onun psixoloji vəziyyətinin normal olmadığı bildirilib.

Bu səbəbdən Otkar tibbi ekspertizadan keçiriləcək. Vəkil Atanur Demirin sözlərinə görə, Adnan Oktar şizofreniyadan əziyyət çəkir. O bildirib ki, Oktar bu səbəbdən Bakırköy xəstəxanasında 10 ay müddətində müalicə olunub.

Hazırda Oktarın dindirilmə üçün İstanbul polis idarəsində saxlanıldığı bildirilib.

Adnan Oktarın təşkilatındakı qadınlar və kişilər hər biri 3 qrupa bölünübmüş: “Bacılar”, “İmam Bacılar”, “Bacı İmamları”, “Kardeşler” “İmam Kardeşler” və “Kardeş İmamları”. Adnan Oktardan sonra təşkilatda ikinci şəxs Didem Ürer olub.

Qeyd edək ki, Oktara və 235 müridinə qarşı uşağa təcavüz, təhdid, şantaj maddələri ilə ittiham irəli sürülüb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 043 13.07.18 11:32