Məmurlar avtomobilsiz qalacaq » Median.Az News Agency

Məmurlar avtomobilsiz qalacaq
Bu ilin sonunadək Gürcüstanın dövlət avtomobil parklarındakı xidməti maşınların sayı 1000 ədəd azaldılacaq.

Bunu jurnalistlərə açıqlamasında Gürcüstanın baş naziri Mamuka Baxtadze deyib.

Baş nazir bildirib ki, eyni zamanda, xidməti avtomobillərdən istifadə edəcək məmurların da siyahısında dəyişikliklər ediləcək və onların da sayı azaldılacaq.

Qeyd edilib ki, xidməti avtomobillərin sayının azaldılması büdcə xərclərinin qənaətinə səbəb olacaq.

Həmçinin, bildirilib ki, ixtisara düşən xidməti avtomobillər satılmaq üçün Maliyyə Nazirliyinə veriləcək.

Satışdan əldə olunacaq gəlirlər hesabına isə təbiəti mühafizə xidməti və patrullar üçün xüsusi texniki avadanlıq alınacaq.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri




582 12.07.18 13:22