Təcili yardım avtomobili qəzaya uğradı: Yaralılar var » Median.Az News Agency

Təcili yardım avtomobili qəzaya uğradı: Yaralılar var
Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, Qazax rayon Təcili Tibbi Yardım Stansiyasına məxsus maşın "Mercedes" markalı avtomobillə toqquşub.

Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir. Məlumata görə, yaralıların arasında tibb işçiləri də var.

Faktla bağlı araşdırma aparılır.скачать dle 11.3






Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri




219 12.07.18 12:00