Regionlarda çətənə yetişdirən 5 nəfər saxlanılıb » Median.Az News Agency

Regionlarda çətənə yetişdirən 5 nəfər saxlanılıb
Median.Az xəbər verir ki, Abşeron RPİ-nin əməkdaşları daxil olmuş məlumat əsasında Saray qəsəbə sakini Həsən Hüseynova məxsus həyətyanı sahədə, kultivasiya yolu ilə yetişdirilmiş 53 ədəd çətənə kolu aşkar ediblər.

Bundan əlavə, Qusar RPŞ-nin əməkdaşları Çiləgir kən sakini Ağazaman Zamanova məxsus sahədə 23 ədəd, Ağcabəri RPŞ-nin əməkdaşları Hindarx qəsəbə sakini Əkrəm Namazovun evinin həyətində 8, Bilağan kənd sakini Faiq Sadıqova məxsus sahədə 10 və Şirvan ŞPŞ-nin əməkdaşları şəhər sakini, əvvəllər məhkum olunmuş Asif Ələkbərova məxsus sahədə 8 ədəd çətənə kolları aşkar edərək, götürüblər.

Faktlarla bağlı CM-nin 237.1-ci (qanunsuz olaraq narkotik xassəli tərkibində narkotik maddələr olan bitkiləri əkmə, yetişdirmə, habelə çətənə, xaşxaş növlərini və ya tərkibində narkotik maddələr olan digər bitkiləri kultivasiya etmə) maddəsi ilə cinayət işləri başlanılıb.скачать dle 11.3



Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri




641 11.07.18 17:57