Azərbaycanda İdarə rəisi işdən çıxarıldı » Median.Az News Agency

Azərbaycanda İdarə rəisi işdən çıxarıldı
Daşkəsən rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Şahbaz Əliş oğlu Mehdiyev tutduğu vəzifədən azad edilib.

Median.Az
APA-ya istinadən xəbər verir ki, Ş.Mehdiyev öz ərizəsi ilə işdən ayrılmaq qərarına gəlib.

Kənd Təsərrüfatı Nazirliyindən APA-nın sorğusuna cavab olaraq faktı təsdiqləyiblər. Nazirliyin ictimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildiriblər ki, Şahbaz Mehdiyev işdən öz ərizəsinə əsasən gedib: "Hələlik onun yerinə təyinat yoxdur".скачать dle 11.3





Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri




397 11.07.18 16:54