Polisləri şəhid edənlər barədə ŞOK MƏLUMAT - Biri anasını öldürüb, digəri arvadını » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:58 Sibirdəki meşə yanğınları Avrasiyada temperaturu 0,3 dərəcə aşağı sala bilər  |     22:48 Gədəbəy sakini Gəncədə bıçaqlanıb  |     22:38 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib  |     22:30 Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO  |     22:21 İranda güllələnən gəncə görə kənd sakinləri ayağa qalxdılar - FOTO/VİDEO  |     22:14 Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib  |     22:06 Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub  |     21:58 Yenikənd və Mingəçevir su anbarlarında qadağan edilmiş ov alətləri aşkarlanıb  |     21:50 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub  |     21:35 Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB  |     21:27 Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     21:20 Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub  |     21:11 Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı  |     21:04 Masazırda evdə yanğın olub  |     20:55 Azərbaycanda yeni kollec yaradıldı  |     20:48 Azərbaycanda 1, 3 və 5 qəpiklər dövriyyədən çıxarıla bilər? (AÇIQLAMA/VİDEO)  |     20:36 Ermənilər Vatikanı və Papaları neçəyə satın aldılar? - 24 aprel şousu (FOTO)  |     20:24 Sabah 4 rayonun qaz təchizatı dayandırılacaq  |     20:17 Almaniya prokurorluğu 7 radikal islamçıya qarşı ittiham irəli sürüb  |     20:06 Cibuti sahillərində gəmiyə hücum edilib  |    

Polisləri şəhid edənlər barədə ŞOK MƏLUMAT - Biri anasını öldürüb, digəri arvadını

Gəncədə dünən baş vermiş hadisələr Azərbaycan cəmiyyətində böyük rezonans doğurub. Sosial şəbəkələrdə iğtişaşların videogörüntüləri yayımlanıb.

Median.Az
xəbər verir ki, bu videokadrlara hətta ötəri baxış da kifayət edir ki, iğtişaşların iştirakçılarının sosial tərkibini müəyyən edəsən. Əksəriyyət etibarilə aksiyaya kriminal elementlər cəlb olunmuşdu.

Qəribə odur ki, talançılar küçəyə dini fanatizm bayrağı altında çıxmışdılar. Meydanda əsas şüar “Allahü Əkbər” və islamçıların digər çağırışları idi.

“Haqqın.az” saytı dünənki iğtişaşların gedişində hüquq-mühafizə orqanları əməkdaşlarının qətlində şübhəli bilinən şəxslərin tərcümeyi-hallarından maraqlı faktlar və təfərrüatlar əldə edə bilib.

Belə ki, şübhəlilərdən biri – 30 yaşlı Rəşad Böyükkişiyev iki dəfə mühakimə olunub. 2007-ci ildə öz anasının qətlində təqsirli bilinərək 7 il müddətinə həbs edilib. İkinci dəfə isə artıq Rusiyada məhkəmə qarşısında durub və oğurluğa görə 1,5 il həbs cəzası alıb.

İkinci şübhəli Fərrux Qasımov da kriminal aləmin nümayəndəsidir. Onun qardaşı Ramin Qasımov hazırda 6 saylı islah düşərgəsində həbsdədir. 2016-ci ildə o, xuliqanlıq zəminində ağır bədən xəsarətləri yetirdiyinə görə 7 il müddətinə həbs edilib.

Gəncə hadisələrindən sonra internetdə polis əməkdaşlarını öldürməyə səsləyən təxribatçı qeydlər yayılmağa başlayıb. Belə məlumatlardan birinin müəllifi Mahir Bayalıyevdir və o yazır: “Qardaşlar, polis əməkdaşlarını öldürməyin vaxtı çatıb. Silahlı dəstələr yarada bilsək, qələbə bizimdir. Birləşmək və polislərin dərsini vermək lazımdır”.

Bu məlumatın dərcinin ertəsi günü Mahir Bayalıyev Ağsuda mənzil kirayələyən keçmiş arvadını bıçaqlayıb.

Başqa sözlə, Gəncədəki iğtişaşların bütün iştirakçıları kriminal elementlər olub və dini fanatizm pərdəsi altında gizlənirlər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 399 11.07.18 14:19