Aşıq Fəzail Namiqi hədələdi: “Məni başa salan oğlan anasından olmayıb, səni…” » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Naxçıvanda göldə boğulan tələbələrin yaxınları hadisənin təfərrüatlarını DANIŞDI - VİDEO  |     22:48 "Microsoft" patent pozuntusuna görə 242 milyon dollar ödəyəcək  |     22:42 İndoneziyada avtobusun qəzaya uğraması nəticəsində azı 10 nəfər ölüb  |     22:37 Berlin məcburi hərbi xidməti bərpa edir?  |     22:33 DİN-dən xəbərdarlıq: Sosial şəbəkələrdə diqqətli olun!  |     22:25 Çin ABŞ-yə qarşı mübarizədə gözlənilməz müttəfiq tapdı  |     22:19 Belqorod atəşə tutulub, ölən və yaralananlar var  |     22:12 Beynəlxalq axtarışda olan 5 nəfər şəxsin ölkəmizə ekstradisiyası təmin edilib  |     22:07 Əfqanıstanda daşqınlar nəticəsində ölənlərin sayı 300-ü keçib  |     21:59 Rusiyada beşmərtəbəli binanın bir hissəsi çöküb  |     21:52 Allahşükür Paşazadə sabah Türkiyəyə gedəcək  |     21:46 Alimlər müəyyən ediblər ki, bitki tozcuqları havanı dəyişə bilir  |     21:41 KİV: ABŞ İsrailə hərbi yardım göndərməkdə davam edir  |     21:35 “Xarıbülbül” festivalından maraqlı anlar - Video  |     21:26 “Turan Tovuz” “Araz-Naxçıvan”a qalib gəldi  |     21:20 Bakının mərkəzində 6-7 mərtəbədən yüksək binalar olmayacaq  |     21:13 Samir Nuriyev: İlin sonunadək işğaldan azad olunmuş ərazilərə 25 mindən çox əhali qayıdacaq  |     21:06 Günəşdə gün ərzində ikinci ən güclü alovlanma baş verib  |     20:53 Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib  |     20:36 Lənkəranda yenidən yeraltı təkanlar qeydə alınıb  |    

Aşıq Fəzail Namiqi hədələdi: “Məni başa salan oğlan anasından olmayıb, səni…”

Tanınmış aşıq Namiq Fərhadoğlunun ATV-də aşıq Fəzail Miskinli ilə davasından sonra “onu qəbiristanlığa aparıb, başa saldım” açıqlaması qarşı tərəfi qəzəbləndirib.

Median.Az
yenicag.az-a istinadən xəbər verir ki, Fəzail Miskinli Namiqi yalan danışmaqda günahlandırıb:

“Ayıbdır, adam danışığına fikir verər. Ə Namiq, sən kimsən məni qəbiristanlığa aparıb, başa salasan? Məni başa salan oğlan hələ anasından olmayıb, mən başı olmayana baş qoyuram, səni başa salaram. Sadəcə olaraq, həmin gün reklam arası Namiq məni özümdən çıxardı, mən də məcbur olub cavabını verdim. Sonradan ATV-nin rejissorlar otağına girib, dedim ki, ayıbdır. Bunu efirə niyə vermisiniz? Kimsə şou düzəltmək istəyir, məndən niyə istifadə edir?

Sonra Namiqlə ATV-nin qarşısında yerləşən çoxmərtəbəli binanın həyətinə getdik, orada qəbiristanlıq da var. Bu məqamda Namiqin atası zəng etdi, mənimlə danışmaq istəyini bildirdi. O, oğlunun əvəzinə məndən üzr istədi. Mən də Namiqə dedim ki, ayıbdır, küçə hərəkətlərini niyə efirə gətirdin? Vəssalam! Nə başa salmaq, nə əlbəyaxa dava?

Mən bu hadisədən sonra kəndə getdim. Namiq zəng elədi ki, səni məhkəməyə verib, təzminat alacam. Dedim, ay qardaş, nə məhkəmə, sən axı səhvini başa düşdün. Söhbət elədik. Hər kəs bilir ki, mən şou adamı deyiləm və özümə hörmət edən insanam. Sənətim də göz qabağındadır”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 492 10.07.18 17:52