Özünü Zakir Qaralovun qohumu kimi təqdim edib qadının 30 min manatını aldı » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:48 İsrail İranın hücumuna necə cavab verəcəyini müəyyən edib  |     22:16 Avtomobili cızan məktəbli anbaan kameraya düşdü - VİDEO  |     22:08 Avtomobilin yanacaq çəni: təmizləyək, ya yox?  |     22:02 Gədəbəydə qanunsuz tikili sökülüb - VİDEO  |     21:47 İtkin düşən uşağın meyiti tapıldı  |     21:38 Toyuq kotletini bu cür bişirin: Daha dadlı olacaq  |     21:30 Azərbaycanda RƏZALƏT: əxlaqsız təklifə görə qollarını doğrayıb Bakıya qaçdı  |     21:24 Bakıda ailəsi kişinin asılmış meyitini tapdı  |     21:19 Telefonunuzu masanın üstünə ekranı aşağı qoymalısınız – SƏBƏB  |     21:10 2024-cü ilin yazında dəbdə olan mini ətəklər  |     21:01 Kartofu mükəmməl qızartmaq üçün bunları bilmək lazımdır  |     20:55 MM komitə sədrinin müavini: Yağların tərkibinə nəzarət problemli məsələlərdəndir  |     20:48 Burundidə leysan yağışları nəticəsində 200 mindən çox insan zərər çəkib  |     20:39 Naqilləri oğurladı, "Azərsu"nun idarəsi işıqsız qaldı - Məhkəməsi başlayır  |     20:33 Rusiya parlamentinin komitə sədrinin müavini: Hazırda Qarabağda sülhməramlılar lazım deyil  |     20:25 Abşeronda kişi meyiti tapılıb  |     20:22 Tbilisidə atışma olub, üç nəfər yaralanıb  |     20:04 Azərbaycan İsraillə enerji əməkdaşlığının genişləndirilməsini müzakirə edib  |     19:46 Qırğızıstan Prezidenti Qazaxıstana rəsmi səfərə gedəcək  |     19:45 Prokuror Müdafiə Nazirliyinin vəsaitini mənimsəməkdə təqsirləndirilən şirkət rəhbərinə cəza istəyib  |    

Özünü Zakir Qaralovun qohumu kimi təqdim edib qadının 30 min manatını aldı

Baş prokuror Zakir Qaralovun adından istifadə edərək özünü onun "kirvəsi" kimi qələmə verib, dələduzluq edən şəxsin Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə prosesi başlayıb.

Median.Az
“ölkə.az”a istinadən xəbər verir ki, cinayət məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən Atakişiyev Elşad Maqsud oğlunun məhkəmə prosesinə hakim Faiq Qəniyev sədrlik edir.

Xatırladaq ki, bu cinayət 4 il qabaq baş verib. 2014-cı ildə özünü Zakir Qaralovun "kirvəsi" kimi təqdim edən Elşad Maqsud oğlu Atakişiyev və onun dostu Rövşən Ziyafət oğlu Axundov vətəndaş Səadət Məmişovanı aldadaraq həyat yoldaşını həbsdən azad etmək adı ilə ondan 30 min manat pul alıblar və geri qaytarmayıblar.

Onu da qeyd edək ki, Masallı rayonunun Ərkivan kəndində anadan olmuş, hazırda Yasamal rayonu, Şərifzadə küçəsi 12, aspirantların yataqxanası, bina 53, 5-ci mərtəbə, otaq 53 ünvanda yaşayan Məmişova Səadət Baba qızı Daxili İşlər naziri Ramil Usubov və Baş prokuror Zakir Qaralova müraciət edib:

"Həyat yoldaşım Namiq Məmişov həbs olunub. Ona 2012-ci ildə Binəqədi məhkəməsi tərəfindən 4 il iş kəsilib. İlyarımdır həbsxanada yatır. Mən məhkəmənin qarşısında olarkən özünü Baş prokuror Zakir Qaralovun "kirvəsi" kimi təqdim edən Elşad Maqsud oğlu Atakişiyev və onun dostu Rövşən Ziyafət oğlu Axundov mənə ərimi azad edəcəklərini bildirdilər. Birinci dəfə məndən 8 min manat pul aldılar. Sonra 16 min manat istədilər.

Mən ehtiyat elədiyim üçün 12 saylı notarius vasitəsilə onlara 16 min manat pul verdim. Daha sonra 4 min manat istədilər. Axırda qızıl qolbağımı və qızımın qulağındakı sırğaları aldılar. Mən bütün pulları borca götürmüşəm. Elşad hər dəfə mənə deyirdi ki, narahat olma, Baş prokurorla kirvəyəm yaxın günlərdə ərini azad edəcək. Axırda məlum oldu ki, hər ikisi dələduz imiş. Sonra borc sahibləri pullarını istəməyə başladılar. Mən Elşada və Rövşənə yalvardım ki, pulları qaytarın, yoxsa özümü öldürəcəm. Ancaq onlar heç veclərinə də almadılar. Sonda borc aldığım şəxslər pulu istəyəndə özümü zəhərləyib öldürmək istədim. Məni toksikologiya xəstəxanasına apardılar”.

Baş prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov isə dələduzlara cinayət işinin başlandığını bildirib. Onun sözlərinə görə, vətəndaş Səadət Məmişovanın müraciəti əsasında toplanmış material əsasənda Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində 12 may 2014-cü il tarixdə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.

Yasamal polisi Elşad Atakişiyevi 2 gün həbsdə saxlasa da, sonra onu zaminə buraxıb. Ancaq zamində olan E. Atakişiyev məhkəmə çağırışlarına gəlmədiyi üçün bir müddət sonra axtarışa verilib. Axtarışla tutulan Atakişiyev aidiyyatlı orqana təhvi verilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 962 10.07.18 17:25