Arvadını balta ilə öldürən Sumqayıt sakininə prokuror cəza istəyib » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Arvadını balta ilə öldürən Sumqayıt sakininə prokuror cəza istəyib

Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıt şəhər sakini Famil Abduləzimovun (1987-ci il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Median.Az
xəbər verir ki, 2016-cı il mayın 18-də Sumqayıt şəhəri, Z.Tağıyev qəsəbəsi, Dəmiryol yaşayış massivində Famil Abduləzimov həyat yoldaşı Xalidə Günəşovaya balta ilə zərbələr endirərək, onu qətlə yetirib. Daha sonra o, öz qollarına və qarnına bıçaqla xəsarətlər yetirib, lakin vaxtında Təcili Tibbi Yardım Xəstəxanasına çatdırıldığı üçün həyatı xilas edilib. Sağalana kimi Famil palatada polis nəzarətində qalıb, sonra isə istintaq təcridxanasına köçürülüb.

İstintaqda dindirilmiş Famil Abduləzimov Xalidə Günəşovanı qısqanclıq zəmnində öldürdüyünü bildirib.

Məlum olub ki, Abduləzimov ilk dəfə 2009-cu ildə evlənib, iki övladı olub, 2012-ci ildə isə boşanıb. Həmin il Xalidə Günəşova Famil Abduləzimova qoşulub qaçıb. Ailələr əvvəlcə narazı olsa da, sonradan bu evliliyə razılıq veriblər. Lakin təqsirləndirilən şəxsin ilk evliliyini gizlətməsi sonradan ailə münaqişələrinə səbəb olub. Buna baxmayaraq Xalidə və onun ailə üzvləri Famili bağışlayıblar. Birinci arvadına aliment ödəmədiyi üçün 4 ay həbsxanada keçirib.

Prosesdə çıxış edən dövlət ittihamçısı təqsirləndirilən şəxsə 14 il cəza təyin edilməsini xahiş edib.

Növbəti məhkəmə iclası ayın 17-nə təyin olunub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 320 10.07.18 17:15