Səudiyyə Ərəbistanında israfa görə cərimələyəcəklər » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Səudiyyə Ərəbistanında israfa görə cərimələyəcəklər

Yeməklərdə yol verilən israf yaxın zamanlarda Səudiyyə Ərəbistanında ciddi qanun pozuntusuna çevrilə bilər. Hazırda Krallığın Məşvərət Şurası müvafiq qanun layihəsini nəzərdən keçirir.

Median.Az
-ın “Al Arabiya”ya istinadla verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanı artıq uzun illərdir ki, adam başına düşən qida tullantılarının ən çox olduğu ölkələr siyahısına başçılıq edir. Belə ki, Səudiyyə vətəndaşı orta hesabla ildə 250 kiloqram ərzağı zibilxanaya atır. Dünya üzrə müvafiq orta statistik göstərici isə 115 kiloqram təşkil edir.

Belə israf Dövlət büdcəsinə ildə 13 milyard dollar ziyan vurur. Yeni qanunun tətbiqində əsas məqsəd cəmiyyətdə rasional istehlak mədəniyyəti aşılamaqdır.

Sənədə əsasən, yarımçıq yeyilmiş yeməklərə görə (ümumi çəkisi 1 kiloqramdan artıq olarsa) müştərilər restoranda yeməyin ümumi dəyərinin 5% - 20%-ni cərimə kimi ödəyəcəklər. Amma müştəri yeməyin qalıqlarını özü ilə aparacağı təqdirdə cərimədən qurtula biləcək.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 653 10.07.18 12:58