“Bomba qoyub partladacam" - 3 dəfə həbs olunmuş məhkumdan şok etiraflar - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:32 Hesablama Palatası “toxum subsidiya"larının verilməsi ilə bağlı nöqsanları açıqlayıb  |     20:26 Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: CİNAYƏT İŞİ  |     20:25 Ceyhun Bayramov Şavkat Mirziyoyevlə görüşüb  |     19:29 İran səfiri Çexiya XİN-ə çağırıldı  |     19:18 İran səfiri Çexiya XİN-ə çağırıldı  |     18:22 Sabah Sumqayıtın bir hissəsində su olmayacaq  |     17:45 Bulvarda gəzinti gəmiləri niyə işləmir?  |     17:19 Hacı Əliyev səhhəti ilə bağlı problemə aydınlıq gətirdi  |     16:42 İmtahan nəticələri elan olundu  |     16:40 Dövlət müəssisələrinə təhkim edilmiş 120 hektar sahə zəbt edilib  |     16:12 “TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu  |     16:06 Quzu ətinin qiymətinə satılan qulançar - VİDEO  |     15:40 Tərtər-Bakı avtobusunda təhlükəli anlar: Anidən avtobusun sükanı əsməyə başladı - VİDEO  |     15:38 52 yaşlı kişi xəstəliyinə görə intihar edib  |     13:39 Qazaxıstan prezidentindən Ermənistan və Azərbaycana TƏKLİF  |     13:07 Ermənistan və Qazaxıstan arasında bir sıra sahələrdə əməkdaşlıqla bağlı sənədlər imzalanıb - YENİLƏNİB  |     12:37 Nazirlikdən sahibkarlara xəbərdarlıq: “Saxta müfəttişlər cərimə ilə təhdid edərək yoxlama aparıblar”  |     12:35 Bakıda maşın qaçırıldı  |     12:35 Azərbaycanda 49 kiloqram narkotik aşkarlanıb  |     12:32 Xankəndidə avtomat, pulemyot və qumbaralar tapılıb  |    

“Bomba qoyub partladacam" - 3 dəfə həbs olunmuş məhkumdan şok etiraflar - VİDEO

ARB TV-nin "Rezonans" verilişinin növbəti buraxılışnda üç dəfə məhbus həyatı yaşayan Taleh Həsənovun həbsxana hekayələrindən bəhs olunub:

Taleh Həsənov - cəzası 4 il (ümumi 13 il): "1981-ci ildə Kəlbəcər rayonunda anadan olmuşam. Üç uşağım var. 13 ildir ki, həbsxanada yaşayıram. Bakıya gəldim, "şofer" idim. Onun-bunun maşınında işlədim, gördüm belə ailə saxlamaq olmur. Məcbur oldum belə bir şey etdim. Axırda da peşman oldum. Avtobusda işləyirdim. 3 nəfər şəxs mənə yaxınlaşdı ki, "Son zəng"imizdir, bizi gəzməyə apar, pulunu ödəyərik. Getdik, gəldik. Sumqayıt ərazisində yaşıllıq bir yer var. Bu uşaqlar başladı oradakı otu əzməyə. 102-yə zəng etdilər, onlar da gəlib bizi bölməyə apardılar. Mən də Bakıya gəldim. Əvəz çıxmaq üçün yalandan zəng etdim ki, mən filan bölməyə bomba qoyuram partladam. Birinci dəfə buna görə həbs olundum.

İkinci dəfə dövlət işçisinə əl qaldırdığıma görə həbs olundum. Həbsxanadan çıxandan sonra bankdan 3500 manat pul götürdüm. Ödəmədim. Bank işçisi ilə dalaşdım və ona xəsarət yetirdim. İmkansızlıq idi, kirədə yaşayırdım.

Üçüncü dəfə həbsdən çıxandan 3 ay sonra avtobus "şofer"i kimi Qazax-Bakı yolu işləyirdim. Bir nəfər iş yoldaşım pul verdi ki, bunu verərsən Bakıda filankəsə. Gətirdim pulu verdim. Həmin şəxs mənə yenidən pul etibar edəndə mən növbə yoldaşımla o pulu aramızda böldük. Amma bilmirdim ki, artıq axtarışdayam və tutuldum".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 744 09.07.18 15:57