Suraxanıda borca görə dostunu öldürən şəxs 10 il cəza alıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:48 İsrail İranın hücumuna necə cavab verəcəyini müəyyən edib  |     22:16 Avtomobili cızan məktəbli anbaan kameraya düşdü - VİDEO  |     22:08 Avtomobilin yanacaq çəni: təmizləyək, ya yox?  |     22:02 Gədəbəydə qanunsuz tikili sökülüb - VİDEO  |     21:47 İtkin düşən uşağın meyiti tapıldı  |     21:38 Toyuq kotletini bu cür bişirin: Daha dadlı olacaq  |     21:30 Azərbaycanda RƏZALƏT: əxlaqsız təklifə görə qollarını doğrayıb Bakıya qaçdı  |     21:24 Bakıda ailəsi kişinin asılmış meyitini tapdı  |     21:19 Telefonunuzu masanın üstünə ekranı aşağı qoymalısınız – SƏBƏB  |     21:10 2024-cü ilin yazında dəbdə olan mini ətəklər  |     21:01 Kartofu mükəmməl qızartmaq üçün bunları bilmək lazımdır  |     20:55 MM komitə sədrinin müavini: Yağların tərkibinə nəzarət problemli məsələlərdəndir  |     20:48 Burundidə leysan yağışları nəticəsində 200 mindən çox insan zərər çəkib  |     20:39 Naqilləri oğurladı, "Azərsu"nun idarəsi işıqsız qaldı - Məhkəməsi başlayır  |     20:33 Rusiya parlamentinin komitə sədrinin müavini: Hazırda Qarabağda sülhməramlılar lazım deyil  |     20:25 Abşeronda kişi meyiti tapılıb  |     20:22 Tbilisidə atışma olub, üç nəfər yaralanıb  |     20:04 Azərbaycan İsraillə enerji əməkdaşlığının genişləndirilməsini müzakirə edib  |     19:46 Qırğızıstan Prezidenti Qazaxıstana rəsmi səfərə gedəcək  |     19:45 Prokuror Müdafiə Nazirliyinin vəsaitini mənimsəməkdə təqsirləndirilən şirkət rəhbərinə cəza istəyib  |    

Suraxanıda borca görə dostunu öldürən şəxs 10 il cəza alıb

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Sənan Əzimovun (1987-ci il təv.) CM-nin 120.2.5-ci (tamah məqsədi ilə qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq soyuq silahı əldə etmə, satma və ya gəzdirmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Median.Az
xəbər verir ki, bu il fevarıln 20-də Suraxanı rayonun Əmircan qəsəbəsində, dəmir yolu platformasında Bülbülə qəsəbə sakini Sənan Əzimov tanışı Rüfət Palejniyə (1987-ci il təv.) bıçaqla xəsarətlər yetirərək, onu qəsdən öldürüb. Hadisədən sonra Əzimov könüllü Suraxanı RPİ 31-ci polis bölməsinə gələrək, təslim olub.

İstintaq zamanı məlum olub ki, işsiz olan dostlar birgə iş qurmaq qərarına gəliblər, fikirləri telefon mağazası açmaq olub. Buna görə hər ikisi müəyyən qədər pul tapıb. Ayın 20-də isə aralarında pulun sərf edilməsi və işə başlamaqla bağlı mübahisə yaranıb. Mübahisə zamanı Rüfət Sənanın ünvanına söyüşlər işlədib. Əsəblərini cilovlaya bilməyən Əzimov isə bıçaqla dostuna 2 zərbə endirərək, onu öldürüb.

Məhkəmə prosesində Sənan Əzimov ittiham üzrə özünü qismən təqsirli bilib. O cinayəti tamah məqsədi ilə törətmədiyini deyib : "Rüfət mənim uşaqlıq dostum olub. İş qurmaq üçün ondan 6000 manat pul almışdım. Yanımda işləyirdi, həmin məbləğdən 1500 manatı qaytardım. Fevral ayında gözlənilmədən məndən qalan bütün borcu istədi. Məni görüşə çağırdı, deyəsən sərxoş idi. Söz verdim ki, pulu qaytaracam. Mənə əl atdı, onu yumruqla vurdum. Yerə yıxıldı, qaldırdın ayağa. Dedi ki, gedək dostlarımı çağırım, söhbət edək. Mənə zəng gəldi, telefonla danışanda gördüm ki, yerdən nəsə götürüb, üstümə gəlir. Geri çəkilib, bilmədən onu bıçaqla vurdum".

Əzimov əməlindən peşman olduğunu bildirib, mərhuma qaldığı pul borcunu doğmalarına qaytaracağını söz verib.

İfadə verən zərərçəkmişin hüquqi varisi Vasiliy Palejniy deyib ki, təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur.

Çıxış edən dövlət ittihamçısı S.Əzimova 17 il cəza təyin edilməsini xahiş edib.

Məhkəmə təqsirləndirilən şəxsin əməlini CM-nin 120.2.5-ci maddəsindən 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 041 09.07.18 14:01