Bakıda bir İLK – sərnişin avtobusları gecə də işləyəcək » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Bakıda bir İLK – sərnişin avtobusları gecə də işləyəcək

“Yaxın vaxtlarda gecə səhərədək işləyən xüsusi marşrut xətləri istifadəyə veriləcək”.

Bunu Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.

Onun sözlərinə görə, Bakı şəhərində belə bir layihə üzərində iş aparılır ki, 24 saat rejimində işləyən marşrut xətləri açılsın.

“Bu marşrutlar təkcə şəhər mərkəzində yox, müxtəlif istiqamətlərdə buraxılacaq. Xüsusən dairəvi yollarda hərəkətdə olan marşrut xətləri olacaq. Belə “Ekspress marşrut” xətləri gecə səhərədək işləyəcək”, - deyə qurum rəsmisi bildirib.

M.Ağayev deyib ki, bu marşrutlar müəyyən intervalla yola çıxacaqlar. “Məsələn, yola çıxmışıq, taksi də yoxdur. Amma biləcəyik ki, artıq şəhərdə hər yarım saatdan bir dayanacaqdan “Ekspress avtobus” keçəcək. Bütün inkişaf etmiş şəhərlərin təcrübəsində belə marşrutlar var. Ümumiyyətlə, inkişaf etmiş şəhərlərdə marşrut şəbəkəsində olan elementlər, insanların rahatlığı üçün edilən yeniliklərin hamısı Bakıda da olacaq. Bunun üçün sadəcə zaman lazımdır”.

Həmsöhbətimiz qeyd edib ki, şəhərdə ictimai nəqliyyata tələbat günü-gündən artır: “Eyni zamanda, şəhərə turist axını da çoxdur. Turistlərə əyləncə və ticarət mərkəzlərinə getmək üçün gecə saatları da işləyən avtobuslar lazım olur”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            9 545 07.07.18 14:43