Bakıda tramvay xətləri bərpa olunacaq » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Naxçıvanda göldə boğulan tələbələrin yaxınları hadisənin təfərrüatlarını DANIŞDI - VİDEO  |     22:48 "Microsoft" patent pozuntusuna görə 242 milyon dollar ödəyəcək  |     22:42 İndoneziyada avtobusun qəzaya uğraması nəticəsində azı 10 nəfər ölüb  |     22:37 Berlin məcburi hərbi xidməti bərpa edir?  |     22:33 DİN-dən xəbərdarlıq: Sosial şəbəkələrdə diqqətli olun!  |     22:25 Çin ABŞ-yə qarşı mübarizədə gözlənilməz müttəfiq tapdı  |     22:19 Belqorod atəşə tutulub, ölən və yaralananlar var  |     22:12 Beynəlxalq axtarışda olan 5 nəfər şəxsin ölkəmizə ekstradisiyası təmin edilib  |     22:07 Əfqanıstanda daşqınlar nəticəsində ölənlərin sayı 300-ü keçib  |     21:59 Rusiyada beşmərtəbəli binanın bir hissəsi çöküb  |     21:52 Allahşükür Paşazadə sabah Türkiyəyə gedəcək  |     21:46 Alimlər müəyyən ediblər ki, bitki tozcuqları havanı dəyişə bilir  |     21:41 KİV: ABŞ İsrailə hərbi yardım göndərməkdə davam edir  |     21:35 “Xarıbülbül” festivalından maraqlı anlar - Video  |     21:26 “Turan Tovuz” “Araz-Naxçıvan”a qalib gəldi  |     21:20 Bakının mərkəzində 6-7 mərtəbədən yüksək binalar olmayacaq  |     21:13 Samir Nuriyev: İlin sonunadək işğaldan azad olunmuş ərazilərə 25 mindən çox əhali qayıdacaq  |     21:06 Günəşdə gün ərzində ikinci ən güclü alovlanma baş verib  |     20:53 Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib  |     20:36 Lənkəranda yenidən yeraltı təkanlar qeydə alınıb  |    

Bakıda tramvay xətləri bərpa olunacaq

Fransanın “Alstom” dəmiryol nəqliyyatı şirkəti Bakıda tramvay xətlərinin bərpası layihəsinin reallaşdırılması ilə bağlı Azərbaycan tərəfinin qərarını gözləyir.

Median.Az xəbər verir ki, bunu Trend-ə eksklüziv müsahibəsində şirkətin Qərbi və Mərkəzi Asiya üzrə idarəedici direktoru Bernard Pell deyib.

B.Pell bildirib ki, bir neçə il əvvəl Bakıda tramvay xətlərinin bərpa olunması ilə bağlı təklif irəli sürüblər:

“Lakin paytaxtda Formula-1 yarışlarının keçirilməsi ilə əlaqədar planları və tramvay xəttinin profilini dəyişməli olduq”.

Direktorun sözlərinə görə, layihə Bakı Olimpiya Stadionundan “Port Baku”ya kimi, oradan isə Bayraq meydanınadək tramvay xəttinin çəkilməsini nəzərdə tutur.

B.Pell əlavə edib ki, yeni tramvaylar nəqliyyat vasitəsi kimi bir çox üstünlüyə malikdir:

“Yeni tramvaylar ekoloji cəhətdən təmizdir və zərərli tullantılar buraxmır. Tramvaylar demək olar ki, əhalisi 200 mindən çox olan bütün Avropa şəhərlərində var. Bir sözlə onlar çox səmərəli işləyir”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            4 736 07.07.18 14:40