Kanadada anomal isti can alır: 54 ölü » Median.Az News Agency

Kanadada anomal isti can alır: 54 ölü
Kanadanın Kvebek əyalətində anomal istilərdən ölənlərin sayı 54 nəfərə çatıb. Bu barədə ölkənin “Montreal Gazette” nəşri yerli səhiyyə orqanlarına istinadla məlumat yayıb. Bundan əvvəl 33 nəfərin öldüyü bildirilib.

Median.Az
“RİA Novosti”yə istinadən xəbər verir ki, Kvebek əyalətinin səhiyyə naziri Lyusi Çarlbua ölənlərin sayının 50 nəfər olduğunu təsdiqləyib.

Kanada təcili tibbi yardım xidmətinin nümayəndəsi Stefan Overhoff bildirib ki, havada rütubət azalsa da, təhlükə səviyyəsi yüksək olaraq qalır. Xidmətin məlumatına görə, gündə 1,2 mindən çox zəng qəbul edilir.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri




788 07.07.18 13:39