Bakıda dava zamanı 3 nəfər yaralanıb, “təcili yardım”ın həkimi “girov” götürülüb - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Bakıda dava zamanı 3 nəfər yaralanıb, “təcili yardım”ın həkimi “girov” götürülüb - FOTO

Bakının Qaradağ rayonunda kütləvi dava zamanı 3 nəfər xəsarət alıb.

Median.Az
“Report”a istinadən xəbər verir ki, hadisə Səngaçal qəsəbəsində yerləşən daş karxanasının yanında baş verib.

1981-ci il təvəllüdlü Elşad Rəhimov, 1988-ci il təvəllüdlü Elməddin Məmmədov və 1979-cu il təvəllüdlü Qulu Bağırov “Qazel” markalı yük maşını ilə Ağsu rayonuna toya gedən zaman yolda maşın xarab olub.

“Qazel”in sürücüsü Elşad Rəhimov “Report”a bildirib ki, bu zaman onların yanında tanımadıqları “Kamaz” markalı yük maşını saxlayıb.

Onun sözlərinə görə, E.Rəhimov və digər iki nəfər maşından düşüb “Kamaz”ın sürücüsünə yaxınlaşmaq istəyəndə, hadisə yerinə “Tofaş” markalı avtomobil də gəlib.

Daha sonra “Tofaş” və “Kamaz”da olan naməlum şəxslər heç bir irad bildirmədən küt alətlər vasitəsilə E.Rəhimov, E.Məmmədov və Q.Bağırovu döyərək onlara ağır xəsarətlər yetiriblər. Hadisə yerinə “təcili yardım” maşını çağrılıb. Hadisə yerinə gələn Təcili Tibbi Yardım Stansiyasının həkimi Elmar Əliyev yaralılardan birinə qarşı nalayiq ifadə işlədib. Buna görə də, yaralıların qohumları həmin həkimi yanlarında saxlayaraq getməyə qoymayıblar.

Həkim “Report”a həmin ifadəni işlədən zaman əsəbi olduğunu bildirib:

“Xəstəyə ilkin tibbi yardım göstərdim. Lakin o mənə həmin naməlum şəxslərdən pul aldığımı dedi. Mən səhv edib ona qarşı nalayiq ifadə işlətdim. Səhv etdim, gərək elə söz deməzdim. Səhvimi başa düşdüm, yaralının atasından, qardaşlarından üzr istəyirəm”.

1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilən Q.Bağırovun vəziyyəti ağır kimi qiymətləndirilir.

Hadisə barədə Qaradağ Rayon Polis İdarəsinə məlumat verilib. Hazırda polis əməkdaşları hadisəni törədən şəxslərin tutulması istiqamətində iş aparır.






скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 764 04.07.18 14:38