13 yaşlı şagird müəllimindən hamilə qaldı —Azərbaycanda dəhşətli hadisə » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:19 Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 23 nəfər saxlanılıb  |     20:12 Britaniya rekord həcmdə Rusiya neftini vasitəçilərdən alır  |     20:04 Alimlər 150 dəqiqə ərzində sintetik almaz yarada biliblər  |     19:57 İlham Əliyev Füzulidən Berlinə getdi  |     19:42 Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü  |     19:41 Türkiyədə ƏMƏLİYYAT: İŞİD-lə əlaqədə şübhəli bilinən şəxslər tutuldular  |     18:31 Azərbaycanla Ermənistan arasında 20 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ  |     18:18 Əliyar Ağayev Fatih Terimin komandasının oyununda  |     18:05 Bakıda işıqforlarla bağlı ilk - FOTO  |     17:44 Türkiyədə lirə ilə bağlı mühüm qərar  |     17:36 Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxıb - FOTO  |     17:18 Azad olunmuş ərazilərə gələn ay getmək istəyənlərin NƏZƏRİNƏ  |     17:10 Məşhur qalmaqallı rusiyalı bloqer Anastasiya İvleyeva cərimələndi  |     16:57 Qarabağ və Şərqi Zəngəzurdakı sahibkarlara əlavə imkanlar yaradılacaq  |     16:53 İlham Əliyev və Mehriban Əliyeva Əlibaba Məmmədovun dəfn mərasiminə əklil göndərib  |     16:49 Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb - FOTO  |     16:41 Kilian Mbappe şəxsi rekorda imza atdı  |     16:40 Şarl Mişel COP29-a dəvət edildi  |     16:28 Rusiya Qarabağdakı abidələrlə bağlı məsələlərin həllində Bakı və İrəvana yardım göstərməyə hazırdır  |     16:18 “Crocus”da terror hücumunun ödənişi hansı vasitələrlə edilib?  |    

13 yaşlı şagird müəllimindən hamilə qaldı —Azərbaycanda dəhşətli hadisə

7-ci sinif şagirdini zorlayan müəllim yenidən məhkəmə qarşısına çıxacaq.

Median.Az
“ölkə.az”a istinadən xəbər verir ki, cinayət məcəlləsinin 152.3-cü maddəsi ilə məhkum olunan İbrahimov Elnur Həsənağa oğlunun məhkəmə prosesi iyul ayının 10-da Ali Məhkəmənin hakimi Gülzar Rzayevanın sədrliyi ilə keçiriləcək.

2016-cı ilin may ayında Şamaxıda sözün əsl mənasında qan donduran cinayət baş verib. Rayonun Pirbəhli kənd məktəbinin 7-ci sinif şagirdi, 13 yaşlı qız müəllimi İbrahimov Elnur Həsənağa oğlundan 7 aylıq hamilə qalıb.
Kifayət qədər imkansız olan ailənin rayonun hüquq mühafizə orqanlarına etdiyi şikayət hələ ki, nəticəsiz qalıb. Belə ki, Elnur adlı “müəllim”in “səyləri” nəticəsində Şamaxı rayon məhkəmə tibb eksperti Məmməd Abdulrahibov 13 yaşlı şagirdin bakirəliyinin hələ də pozulmadığı haqda rəy verib. Şamaxı rayon məhkəmə tibb ekspertinin rəyinə əsaslansaq, həddi-buluğa çatmamış, 7 aylıq hamilə olan azyaşlının zamanəmizin Məryəm anası olduğu qənaətinə gəlmək olar.

İlkin olaraq Şamaxı rayon hüquq mühafizə orqanları məsələyə seyirçi mövqe nümayiş etdiriblər. Yalnız bir neçə gün sonra rayon prokurorluğu 13 yaşlı, həddi-buluğa çatmamış şagirdin guya öz müəllimi ilə könüllü intim əlaqədə olması kimi məlumat yayıb. Orta təhsilli olan İbrahimov Elnur Həsənağa oğlu isə şikayətdən bir neçə gün sonra da Şamaxı rayon Pirbəhli kəndində sinif otaqlarına müəllim kimi daxil olub. Ancaq araşdırmaların sonunda Şamaxı rayon prokurorluğunda cinayət məcəlləsinin 152.3 (on dörd yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya yetkinlik yaşına çatmayana nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tərbiyə, tibbi və ya digər müəssisənin müəllimi və ya digər işçisi tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanıb və İbrahimov Elnur Həsənağa oğlu təqsirləndirilən şəxs qismində həbs olunub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            10 891 03.07.18 13:45