Qəza zamanı Perinatal Mərkəzdə 20 yarımçıq doğulmuş uşaq olub » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |     18:42 ABŞ İsrailə bir milyard dollardan çox dəyərdə silah verə bilər  |     18:32 Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO  |     18:28 Azərbaycanda cinayət yolu ilə vurulmuş 77 milyon manatlıq maddi ziyanın 80 faizi istintaq prosesində ödənilib  |     18:10 Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb  |     17:48 İlham Əliyevin diplomatiyasının növbəti zəfəri: İşğal altında olan dörd kənd qaytarıldı  |     17:04 Bakıda Puşkinin şərəfinə konsert keçiriləcək  |     16:28 Sürücülük hüququ olmadan idarə etdiyi maşınla qəza törətdi, məhkəmə zalında həbs olundu  |     16:17 Abel Məhərrəmov məhkəməyə verildi  |     16:06 Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlanıb - FOTO  |     15:53 Ceyhun Bayramov Fələstinin baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə etdi  |     15:39 20 min manat borca görə qəssab həbs edildi  |     15:24 Azərbaycan-Fransız Universiteti bağlanır? - AÇIQLAMA  |     15:14 Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - RƏSMİ AÇIQLAMA  |     14:57 Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaqlar  |     14:54 Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB (RƏSMİ AÇIQLAMA)  |     13:56 Milli Məclis Hesablama Palatasının hesabatını qəbul edib  |     13:36 Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT - FOTO  |    

Qəza zamanı Perinatal Mərkəzdə 20 yarımçıq doğulmuş uşaq olub

Bu gün gecə saatlarında “Azərbaycan” İES-də baş verən qəza zamanı ölkədə doğulan uşaqların sayı barədə məlumat verilmir.

Bunu oxu.az-a açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova deyib.

Onun sözlərinə görə, statistik hesablamalar altı aydan bir aparılır:

“Axşam baş verən hadisə zamanı doğulan uşaqlar barədə heç bir məlumat verə bilmirik. Amma ötən ilin hesablamasına görə, ölkədə hər gün 400 uşaq doğulur”.

Respublika Perinatal Mərkəzinin direktoru, Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri Sevinc Məmmədova Oxu.Az-a açıqlamasında bildirib ki, qəza baş verən zaman mərkəzdə uşaqlar doğulmayıb:

“Bilirsiniz ki, bizim mərkəzdə yarımçıq uşaqlar doğulur. Axşam bu cür uşaqlar doğulmayıb. Amma yarımçıq doğulan 20 uşaq mərkəzin reanimasiya şöbəsində süni nəfəs aparatına qoşulub. Hamısı sağlamdır. Heç bir ölüm halı qeydə alınmayıb”.

Sevinc Məmmədova qeyd edib ki, mərkəzin generatoru var:

“İl boyu belə vəziyyətlərə hazırıq. İşıqlar kəsilən kimi müəssisə generatorlar vasitəsilə təmin olunur. Hər bir dövlət xəstəxanasında generatorlar var. İşığın olmaması heç bir əməliyyata, doğuşa mənfi təsiri etmir”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            4 194 03.07.18 12:52